Qadın
Dünyanın ən gənc qadın milyarderi haqqında maraqlı faktlar - FOTOLAR
"Forbes” jurnalının hazırladığı reytinq cədvəlinə ən gənc qadın milyarder kimi düşən Aleksandra Andersen norveçlidir. Jurnalın məlumatına görə, sərvət ona valideynlərindən qalıb.
Publika.az Aleksandra Andersen haqqında maraqlı faktları toplayıb.
19 yaşlı bu gənc milyarder Norveçdə yaşayır. Böyük sərvət sahibi olmasına baxmayaraq, sadə həyat tərzi sürür. Məsələn, onun əsas nəqliyyat vasitəsi avtomobil deyil, atdır. Aleksandranın nəzərində at ən bahalı avtomobildən belə dəyərlidir. Avtomobili də bahalı və təzə deyil, işlənmişdir. 1,2 milyard dollarlıq sərvəti olan gənc sadəcə səssiz ərazilərdə dincəlir. Həyatdakı əsas məqsədi vegetarianlığı təbliğ etmək və dünyanın hər yerində onu yaymaqdır. Aleksandra Andersen sosial şəbəkələrdə də çox aktivdir. O, gündəlik həyatından çəkilən fotoları instaqram və feysbuk səhifələrində paylaşır. Milyarder olduğunu bilənlərdən çoxlu dostluq mesajları alır.
Aleksandranın Katerina adlı özündən böyük bir bacısı da var. O da pay sahibidir. “Ferd” ailə şirkətinin səhmlərinin 42 faizinə sahibdir.
Onların atası - İohan Andersenin ailə şirkətinin səhmlərinin 80 faizini qızları arasında bölüşdürməsini bəziləri onun vergidən yayınma cəhdi kimi izah etsə də, maliyyə məsələləri üzrə ekspert Oyvind Bohren hesab edir ki, bu günlərdə zəngin ailələr getdikcə daha tez-tez miras bölgüsü aparır:
“Artıq zəngin ailələr mirasın uşaqlar arasında bərabər paylanmasına əhəmiyyət verir. Hansının yaşca böyük olduğu və ya cinsiyyətləri artıq heç önəmli deyil. Valideynlər uşaqlarının şirkətdə erkən yaşlardan işləməyə başlamalarını çox təbii qarşılayır".
Qeyd edək ki, dünyanın ən zəngin insanları reytinqində üç gənc milyarder məhz norveçlidir.
Aytən
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















