Qadın
Bu sözlər özünü sevdirməyə kömək edir
Biz qadınlar kişilər tərəfindən tərif, xoş söz eşitməyə vərdişik. Etiraf etməliyik ki, kişilər qadınları gözəl sözlərlə öz toruna salır. “Qadınlar qulaqları ilə sevir” məsəli də boşuna deyilməyib. Bəs qarşı tərəfi heç fikirləşmisiniz? Əslində, kişilər də ən az qadınlar qədər xoş söz eşitməyə ehtiyac duyur. Hətta onları da sözlərlə tora salmaq mümkündür. Kişilərin qəlbini oğurlamağa kömək edən sözlər isə bunlardır:
Bacarıqlarını və istedadını tərifləyin - Mətbəxdə yüngül yemək hazırlayıbsa, xarab olan nəyisə düzəldibsə, ağır yük qaldırıbsa, onu tərifləməyə başlayın. Kişilər gördüyü işin əvəzində gözəl söz eşitmək istəyir və sizin üçün daha yaxşısını etməyə çalışır.
Sizi yaxşı hiss etdirdiyini deyin - Sizi güldürəndə, qoruyanda və bu kimi başqa hallarda sizə yaxşı təsir göstərdiyini, yanında olanda bütün problemlərinizi unutduğunuzu deyin. Belə düşündüyünüzü görən kişinin özünə olan inamı və sizə olan minnətdarlıq hissi artacaq.
Xarici görkəmini bəyəndiyinizi söyləyin - Kişilər yaraşıqlı və seksual olduğunu eşitməkdən böyük zövq alır. Onun əllərini, gözlərini çox bəyəndiyinizi söyləyin.
Birlikdə vaxt keçirməkdən böyük zövq aldığınızı deyin - Qarşınızdakı kişiyə bu tərz kompliment deməklə, onun pulunda, karyerasında, yaraşığında gözünüzün olmadığını, xarakterinə önəm verdiyinizi bildirirsiniz. Bu sözlərdən sonra özünü çox özəl hiss edəcək.
Geyimlərini bəyəndiyinizi söyləyin - Əlbəttə ki, xoşunuza gəlməyən geyimi tərifləmək məcburiyyətində deyilsiniz. Sadəcə bunu yumşaq formada demək lazımdır. Xoşunuza gələn zaman isə bunu dilə gətirməyə xəsislik etməyin.
Ailəsini və dostlarını tərifləyin – Qarşınızdakı kişi ailəsi və dostları haqqında müsbət fikirdə olduğunuz zaman sakitləşir. Çünki kişilərin ən böyük qorxularından biri sevdiyi qadınla, ailəsinin və dostlarının arasında seçim etməkdir.
Publika.Az
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)















.jpg)