Qadın
Hamilə qalmaq üçün nə yeməli?
Hamilə qalmaq istəyən qadınlar nə yediklərinə də fikir verməlidir. Belə ki, bəzi yeməklər hamilə qalma ehtimalını artırır. Aparılan araşdırmalar nəticəsində folik turşularının hamiləlik üçün ən önəmli vitaminlərdən biri olduğu bildirilir. Folik turşuları isə bir çox qidaların tərkibində yer alır.
Yaşıl yarpaqlı bitkilər - Yaşıl yarpaqlı tərəvəzlər folik turşuları ilə zəngindir. Folik turşusu sözünün mənası “yaşıllıq və yarpaq” deməkdir. Folik turşusu ən çox ispanağın tərkibindədir. İspanaqla birlikdə tərkibində folik turşusu olan qara kələm də yeyə bilərsiniz.
Mərcimək - Hamilə qalmaq istəyirsinizsə, folik turşusu ilə ən zəngin olan quru paxlakimilər fəsiləsindən olan mərciməkdən də çox istifadə etməlisiniz. 1 boşqab mərcimək bir günlük folik turşusunu ödəyir. Tərkibində dəmir olan mərcimək siyahının başında gəlməlidir.
Portağal - Portağalın tərkibində də folik turşuları çox zəngindir. Portağalın suyunu da içə bilərsiniz. Bir stəkan portağal suyu bir günlük folik ehtiyacının 20 faizini ödəyir.
Çörək və taxıllar - Çörək və taxıl deyəndə qida dəyəri yüksək olan vitamin və minerallarla zəngin olan çörəklər nəzərdə tutulur. Bunun üçün çörəklərin və taxılların üzərindəki yazıdan qida dəyərini öyrənə bilərsiniz.
Pomidor suyu - Bir stəkan pomidor suyunda 20 mcq folik turşusu var. Səhərlər günə pomidor suyu içərək də başlaya bilərsiniz. Pomidor suyu yerinə, təzə pomidorlardan hazırlanmış pomidor şorbası ilə də folik turşusu ehtiyacınızı ödəyə bilərsiniz.
Brokoli - Möcüzə tərəvəz olan brokoli folik turşuları ilə də olduqca zəngin qidadır. 1 boşqab brokoli yediyiniz zaman gündəlik folik turşu ehtiyacınızı ödəyə bilərsiniz.
Yumurta - Bir yumurtada təxminən 25mcq miqdarında folik turşusu var.
Publika.Az
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)















.jpg)