Qadın
Qadınla kişi arasındakı romantika nə qədər davam edir?
Romantikanın ömrü neçə ildir?
Təzə evlənənlər arasında maraqlı sorğu keçirilib. Araşdırma nəticəsində son illərdə boşanmaların sayının artmasının səbəbi məlum olub.
Analarımızın və nənələrimizin fədakarlıq edərək hörmət çərçivəsində 50, bəlkə də 60 il qoruduqları şirin romantika demək olar ki, məhv olub. Bu romantikanı müasir qadınlar maksimum 2, 3 ilə qədər qoruyub saxlaya bilir. “Məhəbbətin ömrü 3 ildir” kitabının müəllifi Frederik Beqbederin iddiası bu halda bir daha öz təsdiqini tapır. Təəssüflər olsun ki, müasir dövrün tələbləri, çətinlikləri romantikanın ömrünü qısaldıb.
Evlilik həyatının ilk ilindən sonra kişi arıq qalmaq üçün heç nə etmir, xarici görkəmi onu qətiyyən maraqlandırmır. Qadınlar isə ərinin gözündə gözəl görünmək əvəzinə, bütün vaxtını ev işlərinə xərcləyir. Olan-qalan boş vaxtlarında isə rəfiqələri ilə qeybət edir. Belə bir evlilik isə uzun müddət tab gətirə bilməz. Günlərin bir günündə göyərçin kimi təmiz saf olan məhəbbət bir anda yerlə bir olur.
İngiltərədə 5 min cütlük arasında araşdırma aparılıb. Məlum olub ki, evlilikdən bir il sonra kişilərin 80 faizi həyat yoldaşının əlindən tutaraq gəzməyi mənasız hesab etdiyi üçün bu vərdişi tərkidir. Kişilərin 70 faizi evləndikdən sonra paltarlarını evin harasına gəldi tullayır, 79 faizi isə unitazın suyunu qaldırmağı unudur.
Araşdırmaya görə, qadınların geyindiyi seksual gecə geyimləri bir ildən sonra şirin, üstündə cizgi film şəkilləri olan pijama ilə əvəzlənir. 40-50 faizinin isə bir ildən sonra cinsəl münasibətləri günbəgün azalır. Ən dəhşətlisi isə cütlüklər bir-birinə güzəştə getmək istəmir.
Psixoloq Sewell romantizmin ömrünü uzatmaq üçün evli cütlüklərə şam işığında yaxşı vaxt keçirməyi tövsiyə edir. Cütlüklərə bir-birinin üzərində hakimiyyəti ələ almaq yerinə, güzəştə getməyi məsləhət görülür.
Publika.Az
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi















.jpg)



.jpg)









.jpg)






.jpg)

