Qadın
Saç rənginin təbii və ucuz yollarla açılması
Havalar istiləşdikcə qızların çoxu saç rəngini dəyişmək istəyir. Publika.az bu yazıda saç rəngini təbii və ucuz yollarla açmaq istəyənlər üçün bir neçə maska resepti təqdim edib.
Çobanyastığı
Bir qabı qaynar su ilə doldurun. Çobanyastığı çiçəyini 10 dəqiqə isti suda saxlayıb süzün, sonra soyumasını gözləyin. Maskanı təmiz saçlara çəkib 1 gecə saxlayın, ertəsi gün yuyun. Saç rəngini daha çox açmaq üçün maskanı təkrar edə bilərsiniz. Çobanyastığı çayı eyni zamanda kəpəyin də qarşısını alır.
Limon
Limonu dilimləyib saçlara çəkin. Yaxud da 2 qaşıq limon suyu ilə 1 stəkan isti suyu qarışdırıb saçlara çəkib, bir müddət günəşin altında gəzin. Limon suyu quruduqdan sonra saçları yuyun. Tellərin yumşalması üçün uclarına hindqozu yağı çəkin.
Darçın
1 çay qaşığı darçınla yarım stəkan suyu qarışdırıb məcun halına gətirin. Saçları isladıb saç kremi tətbiq edin. Sonra darçınlı qarışığı saçlara çəkib başınızı bağlayın. Ən az 6 saat saxladıqdan sonra yaxalayın.
Araq
1 stəkan araqla 1 stəkan mineral suyunu sprey şüşəsinə doldurun. Saç tellərinə çəkib bir müddət günəşin altında dayanın.
Karbonat
1 çay qaşığı karbonatla bir miqdar suyu qarışdırıb ayda bir dəfə şampunla yuduqdan sonra saçınızı bu suyla yuyun. Lakin saçlarınız həssasdırsa, karbonat saçlara zərər verə bilər!
Aytən
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı



























.jpg)








.jpg)