Qadın
Kişilərin sevdiyini göstərən əlamətlər
Qadınlar sevdiyi kişinin dilindən “Səni sevirəm” sözünü eşitsə də, dərdindən dəli-divanə olduğuna əmin olmaq istəyir. Çünki qadınlar çox çətin varlıqdır, hər şeydən şübhələnirlər, ağlındaki suallar isə bitmək bilmir. Buna görə də, kişinin təkcə sözlərinə deyil, hərəkətlərinə də fikir vermək lazımdır. Sizin dərdinizdən dəli-divanə olduğunu da məhz bundan bilmək olur.
Sizə hörmət edirsə - Bu, bir kişinin sizə dəli kimi aşiq olduğunun ən yaxşı əlamət hesab olunur. Sizin fikirlərinizə dəyər verməsi, hərəkətlərinizə diqqət etməsi, xırda səhvlərinizə göz yumması, anlayış göstərməsi, sizə olan hisslərinin dərinliyini sübut edir. Ən qəribə hərəkətlərinizi belə problemə çevirmirsə, fərqli fikirlərinizə dərin hörmət bəslədiyini göstərir.
Hər kəsin içində yaxınlaşırsa - Sevgilinizin ikilikdə sizə yaxınlaşıb istədiyiniz qayğı və sevgini göstərə bilər. Amma başqa insanların yanında diqqət etmirsə, sizə dəli olduğunu deyə bilmərik. Qadına dəli kimi aşiq olan kişilər öz sevgisini hər fürsətdə göstərmək istəyir. Daha doğrusu öz hisslərinə qalib gələ bilmir. Xüsusən də dostlarının yanında sarılırsa, sizinlə qürur duyduğunu, sevgisini hər kəsə hayqırdığını deyə bilərik.
Göz kontaktı - Sizə dəli kimi vurulan kişilər siz ona baxdığınız zaman gözlərini əsla çəkmir. Siz başqa bir işlə məşğul olanda gözləri ilə süzürsə, dostlarınızla birlikdə olanda gözlərinizin içinə baxdığını görürsünüzsə, qarşınızda sizə dəli olan bir kişi dayanıb.
Hər zaman ağlındasınızsa - Gün ərzində birinci özü zəng edirsə, bəzən sadəcə səsinizə ehtiyacı olduğu üçün zəng etdiyini deyirsə, gününüzün necə keçdiyini soruşursa, sevgilinizin sizə dəli kimi vurulduğundan şübhə etməyin.
Problemlərinizi həll etməyə çalışırsa - Sizə dəli olan bir kişi problemlərinizi həll edib həyatınızı asanlaşdırmaq istəyir. Özünüzü pis hiss etdiyiniz anlarda probleminizi həll edirsə, bütün hallarda sizin yanınızda olmaq istədiyini bildirir.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ














.jpg)








.jpg)














.jpg)