Qadın
Meyvələrdən hazırlanan bu içki ana südünü artırır
Yeni ana olanların ən böyük problemlərindən biri də südün uşağı doyuzduracaq qədər olmamasıdır. Xalq təbabətində bir çox yüksək kalorili qidanın ana südünü artırdığına inanılır. Lakin yüksək kalorili qidalar həm ananın, həm də körpənin sağlamlığı üçün təhlükəlidir.
Diyetoloqlar belə halla üzləşdikdə müxtəlif meyvələrdən hazırlanmış kompotlardan içməyi məsləhət görürlər.
Publika.az ana südünü artıran içki reseptini təqdim edir:
Tərkibi:
Yarım stəkan qara üzüm
Yarım stəkan qayısı
4 ədəd quru əncir
1 ədəd alma
5 stəkan su
Hazırlanması:
Bütün məhsulları yuyub təmizlədikdən sonra doğrayıb qazana tökün. Üzərinə 5 stəkan suyu əlavə edib meyvələr yumşalana qədər qaynadın. Daha sonra ocağı söndürüb kompotun soyumağını gözləyin. Kompotu ilıq içməyiniz məsləhətdir. Soyuq halda içilən içkilər körpədə qaz əmələ gətirə bilər.
Ləman Sultan
-
Sosial23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















