Qadın
Hamısı eyni vaxtda hamilə qaldı - FOTOLAR
Dünya şöhrətli müğənni və aktrisaların boşanması və sevgilisindən ayrılması xəbərlərini eşitməyə adət etmişik. Lakin belə görünür ki, dünya ulduzları bu ənənəsi dəyişmək qərarına gəlib.
Publika.az xəbər verir ki, tez-tez sevgili dəyişən ulduzlar artıq ailə səadətini ancaq bir insanda tapmaq istəyir. Bir çox məşhur qadın sənətçilərin hamiləlik xəbərlərinin üst-üstə düşməsi bunu bir daha sübut edir.
Demək olar ki, hər gün kino, musiqi və moda aləmindən bir görkəmli simanın ana olmağa hazırlaşdığı xəbərləri yayılır. Ən maraqlısı odur ki, bu məşhurların doğum vaxtı təxminən eyni aya təsadüf edir. Ana olan hazırlaşan məşhur qadınların siyahısını təqdim edirik:
Bleyk Layvli həmkarı Ryan Reynolds ilə evlidir. Ötən ilin sonun cütlüyün bir qızı dünyaya gəlib. İndi isə aktrisa ikinci dəfə ana olmağa hazırlaşır.
Məşhur model Bar Refaeli ötən yay iş adamı Adı Ezra ilə ailə qurub. Cütlük uşaq sahibi olmaq üçün çox gözləməyib. Refaeli bir yarım ay sonra qız anası olacaq.
Tanınmış aktrisa Liv Tyler isə üçüncü dəfə ana olmağa hazırlaşır.
“Maroon 5” qrupunun solisti Adam Levine ilə evli olan model Behati Prinsloo da analıq həyəcanını yaşayır. Yeni evə köçməyə hazırlaşan cütlüyün övladı bir sonra dünyaya gələcək.
Hollivudun sevilən daha bir aktrisası Oliviya Vayld da hamilədir. Onun sevgilisi Jason Suedikisdən Otis adlı bir oğlu var. Aktrisa analıq sevincini ikinci dəfə yaşamağa hazırlaşır.
Ötən il Ceyms Rotşild ilə təmtəraqlı şəkildə evlənən Niki Hilton da ana olmağa hazırlaşır.
Bu yaxınlarda ana olmağa hazırlaşan məşhur arasında Kendis Sveynpolla, Hilaria Baldvin da var.
Aytən
-
Sosial23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















