Qadın
Misilsiz ledidən müdrik sitatlar - FOTOLAR
Şahzadə Diana haqqında cəsarətlə demək olar ki, o, öz dövrünün qəhrəmanı olub. Dianaya pərəstiş onun ölümündən sonra davam edir. İngiltərə kral ailəsinin ən tanınmış üzvü hesab olunan Diananı "ürəklərin kraliçası" adlandırırdılar. İngilis xalqının sevimlisi olan Diana çox səmimi və xeyirxah biri olub. Pərəstişkarları bütün həyatı boyunca xeyir işlər görən Diananı tərifləməkdən yorulmur və sahib olduğu müsbət keyfiyyətlərinə görə, onu yalnız Tereza ana ilə müqayisə edirlər.
Şahzadə Diananın faciəli ölümünün əsl səbəbləri və təfərrüatları hələ də dəqiq bilinmir. Amma şahzadə bu günədək milyonlarla insanı ruhlandıramağa davam edir. Publika.az misilsiz ledinin doğum günü münasibətilə onun ən məşhur aforizmlərini xatırlayır.
“İnsanlar düşünməyə adət edib ki, kişi - özünü ifadə və həyatda yer tutmaq üçün yeganə üsuldur. Amma mənim üçün iş - daha yaxşı üsuldur".
"Mən sizin ürəklərinizin kraliçası olmaq istərdim, amma özümü bu ölkənin kraliçası təsəvvür etmirəm".
"Mən oxumağı sevirəm, lakin ifamı dinləmək, rəqslərimə baxmaq kimi dözülməzdir. Çünki mən fil kimi oynayıram. Ona görə də heç kim üzümə baxmır".
"İnsanlar məni səksəninci illərin Merilin Monrosu adlandırır və düşünürlər ki, bu, böyük xoşbəxtlikdir".
"Bizim nikahımız 3 nəfərdən ibarət idi. Mən isə qələbəliyi sevmirəm".
“Əgər kişilər uşaq dünyaya gətirə bilsəydi, heç bir kişinin birdən çox uşağı olmazdı".
"Bu əsrin ən böyük xəstəliyi odur ki, insanlar inciyirlər".
"Mən ya ölüm ayağında olan xəstəxana palatasında, ya da 3 xəstə uşağın yanında oturmaq və həmişə kiməsə lazım olduğumu hiss etmək istəyirəm. Təkcə mövcud olmaq yox, fəaliyyət göstərmək istəyirəm".
"Mən qaydalara görə yaşamıram, ürəyimin səsini əldə rəhbər tuturam, başımı deyil".
"Kişilərin əks cinsə qarşı hissləri barədə dediklərini çıxsaq, onlar qadınlardan daha az yalan danışır".
"Mən öz həyat yoldaşımı çox sevirdim, onunla hər şeyi bölüşmək istəyirdim və elə bilirdim ki, biz onunla bir komandayıq".
"Qucaq çox böyük işlər görə bilər, xüsusilə uşaqlar üçün..."
"Fəlsəfi düşüncə tərzi başqalarının bədbəxtliyini öz qəlbində daşımaq sənətidir".
"Deyirlər ki, yoxsul və xoşbəxt olmaq zəngin və bədbəxt olmaqdan daha yaxşıdır. Yaxşı, bəs kompromisə getmək, orta zəngin və sadəcə şıltaq olmaq mümkün deyil?”
Aytən
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı
-
Region16 Avqust 17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16 Avqust 16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı













.webp)




















