Qadın
Şeyxin boşadığı qadın 75 milyona yaxın durmur
Sabiq model, 54 yaşlı Kristina Estrada sabiq ərindən, Səudiyyə Ərəbistanından olan 61 yaşlı milyarder şeyx Valid Cuffalidən boşanandan sonra mənəvi təzminat qismində 196 milyon funt-sterlinq almaq niyyətində idi. Lakin Londonun Ali Məhkəməsi bu məbləği çox sayıb. Kristina Estrada isə narazıdır və deyir ki, məhkəmənin müəyyənləşdirdiyi təzminatın məbləği ona azlıq edir.
Milli.az bildirir ki, milyarder şeyx Valid 12 illik nikahdan sonra Kristina Estradanı boşamış, 25 yaşlı livanlı model Luyan Adada ilə evlənmişdi. Valid Cuffalinin yeni nikahından artıq 2 qızı var.
Kristina da özünü təhqir olunmuş sayaraq mənəvi təzminat qismində 196 milyon funt-sterlinq istəyirdi. Onun dediyinə görə, "adət etdiyi, alışdığı həyat tərzini davam etdirmək üçün" məhz bu qədər pula ehtiyacı var.
Sabiq əri Kristina Estradaya 2 dəbdəbəli malikanə, 5 super avtomobil, brilyant bəzəklər kolleksiyası və nəhəng qarderob bağışlayıb.
Kristina Estrada isə bədxərcdir. O, ildə alış-verişə milyonlarla funt-sterlinq xərcləyir.
Şeyx Valid sabiq arvadına mənəvi təzminat qismində 38 milyon funt-sterlinq təklif edirdi.
"Bu pul çox azdır. Onun təklif etdiyi pulla yaşaya bilmərəm. Baxın, hesabları və çekləri təqdim edirəm. İldə yalnız paltarlara 1,3 milyon funt-sterlinq, ayaqqabılara 27 min funt, xəz kürklərə - 52 min funt, donlara 140 min funt xərcləyirəm. Bahalı, dəbdəbəli həyata alışmışam. Başqa cür yaşamaq mənə çox çətindir", - Kristina Estrada məhkəmədə etiraz etmişdi.
Məhkəmə qadının şikayətlərini nəzərə alaraq mənəvi təzminatın məbləğini 75 milyon funt-sterlinq qismində müəyyənləşdirib.
"Yeni məbləğin də mənə bəs edəcəyini düşünmürəm. İki qızım var və onlar da cah-cəlal içində yaşamağa alışıblar", - Kristina Estrada şikayətlənir.
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO


















.jpg)
















