Qadın
Məşhur idmançı pis hala düşdü - FOTOLAR
Amerikalı idmançı Stefani Potştayn Bryusun qarnında hamiləlikdən sonra dəlik yaranıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı Stefani uzun məsafəyə qaçış üzrə peşəkar idmançıdır və heyrətamiz uğurlar qazanıb. O, milli komandanın tərkibinə daxildir və ölkəsini bir çox beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edib.
İdmançı ailə qurduqdan sonra karyerasında bir qədər fasilə vermək qərarına gəlib. Lakin Stefani ana olduqdan sonra qarın əzələlərində diastaz baş verib. Sadə dillə desək, qarın əzələləri boşalıb, dərisi isə sallanıb. Faktiki olaraq idmançı qadının qarnında dəri ilə örtülən böyük dəlik yaranıb. Stefaninin qarnı əvvəlki kimi hamar və dümdüz olmasa da, o, ümidini itirməmək qərarına gəlib. Əksinə, idmançı belə bir problemlə qarşılaşan digər qadınlara dəstək vermək qərarına gəlib:
İdmançı "Bilirəm ki, kişilər mənim qarnımı çirkin hesab edir. Amma mən bunu heç nə ilə düzəldə bilmərəm, bu qarınla yaşamaq lazımdır! Belə qarınla ilk dəfə yarışa çıxmaq mənim özüm üçün də böyük sınaq idi. Amma tezliklə başa düşdüm ki, ətrafdakıların mənə münasibəti dəyişməyib. Qarnım belə olduğu üçün heç kim mənə nifrət bəsləmir. İndi isə mənimlə oxşar problemi yaşayan qadınları ruhlandırmaq istəyirəm. Belə vəziyyətlərdə qadınlar üçün mənəvi dəstək çox vacibdir".
İdmançı doğumdan sonrakı fotolarını sosial şəbəkədə paylaşmağa belə çəkinmir. Onun bütün fotolarında bir nikbinlik hiss olunur. O, fotolarının birinə "Aşağı baxanda mənimlə əbədi qalacaq əzələlər və irəli getməyə hazır olan güclü ayaqlar görürəm” qeydini yazıb.
İndi isə Stefani fəal məşqlərə başlayıb. O, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarında Amerikanı təmsil etmək arzusundadır. Bu qadının mənəvi gücünə heyran olmaq və ona yalnız uğurlar arzulamaq olar.
Aytən
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH














.png)

.jpg)



.jpg)
















