Qadın
Hamilə qadınlar qarınlarına bunu etdilər ... - FOTOLAR (18+)
32 yaşlı Fatimə Carrion Alfonso adlı ispan rəssamı hamilə qadınların günlərinin unudulmaz keçməsi üçün maraqlı xidmət təklif edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, rəssam emalatxanasında bədənində inanılmaz şəkillər çəkir. Rəssam üç il ərzində 200-dən çox hamilə qarınlarına rəsm çəkib və onun müştərilərinin sayı hələ də artır. Rəssam gələcək anaların qarınlarında rəsm çəkməyi çox sevdiyini deyib və bu işin həmişə çox həyəcanlı olmasını izah edib: "Bu, analar üçün gözəl təcrübədir, rəsm çəkən zaman onlar özlərini rahat hiss edir və körpələrinə daha çox bağlanırlar".
Qeyd edək ki, Fatimə 14 ildən çox orqan rəssamı olub. Sonradan özünü başqa istiqamətdə sınamağa qərar verib. Bununla yanaşı, o etiraf edir ki, o, ilk başlayanda bu ideya onu elə də cəlb etməyib: “Üçəm gözləyən bacımın qarnında rəsm çəkmək istəyirdim, amma o, özünü yaxşı hiss etmədiyi üçün bunu edə bilmədik. Sonra hamilə dostumun qarnında rəsm çəkdim və tezliklə bu biznesə start verdim" .
Rəsmləri hamililəyin 7 və 8-ci ayında çəkməyə məsləhət görən rəssam işə başlamazdan əvvəl anaların istəklərini də nəzərə alır. O, bildirib ki, əsasən hamilə xanımların sevdiyi personajların rəsmlərini çəkir. Fatimə onu da əlavə edib ki, istifadə etdityi boyalar tamamilə təhlükəsizdir və dəriyə heç bir zərər vermir.
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı













.jpg)




.png)

.jpg)

















