Qadın
Qadınlar hansı kişiləri sevirlər?
Hər bir kişi qadınların xoşuna gəlmək istəyir. Biriləri bunu necə edəcəklərini bilmədiyi halda, digərləri buna tənbəllik edirlər.
Əksər qadınlar onlara diqqət yetirən, gül hədiyyə edən, serenadalar oxuyan kişiləri sevirlər. Lakin unutmayın ki, romantika yalnız şam işığında şam yeməyi deyil. Sübh tezdən sevgilinzi “sevirəm” sözləri ilə oyadın.
Hər bir qadın kişinin onlara məxsus tarixləri unutmadığını qiymətləndirəcək. Onun qəlbində sönməyəcək atəşi sadə bir gül, şokolad, gəzinti yandıra bilər.
Faktiki hər bir qadın sığallanmağı sevir, əllərindən tutlmaqdan xoşlanırlar. Əgər sizin münasibətləriniz tam ciddiyə giribsə də, sadaladıqlarımızın heç biri qüvvədən düşmür. “Qadınlar qulaqları ilə sevir” aksiomasını da kişilər unutmamalıdırlar.
Qadın daim sevildiyini eşitməyi xoşlayır, onun sizin üçün əvəzsiz olmasını bilmək qadına olduqca vacibdir. Qadınlar qayğıkeş kişiləri sevir. Onların yanında özlərini komfortlu hiss edirlər. Baxmayaraq ki, müasir qadınlar müstəqil yaşamağı sevir, özləri pul qazanır, instinkt onları güclü kişiyə arxalanmaya vadar edir.
Qadınlar kişilərə qarşı olduqca eqoist ola bilirlər. Onlar sevdiyi insanın yalnız ona məxsus olmasını istəyirlər. Digər bir qadının gözəlliyini tərifləmək sizin üçün adi bir şey olsa da, bəzi qadınlar bunu başa düşməyəcək. İnamı itirməmək üçün hər xırda şeyə görə qadına yalan danışmaq olmaz. Münasibətləri düzgünlük bərkidir. Yalançı ilə yaşamaq, minalanmış ərazidə gəzməyə bərabərdir.
Qadınlar daim bəxtinə, ətrafdakı insanlara şikayət edən kişilərdən qaçırlar. Lakin maço prestiji də getdikcə aşağı enir. Artıq qadınlar ev tikə bilən kişi ilə bərabər, evin içində yuva qura bilən kişiləri seçirlər. Pul ilə yanaşı, gələcəkdə övladlarına yaxşı ata ola biləcək kişilərə böyük tələb var. Əsas o dur ki, səmimi və mehriban olun. Bu xüsusiyyətləri sizi (pulunuzu yox) sevən qadın mütləq qiymətləndirəcək./qadinlar.biz
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı
-
Region16 Avqust 17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16 Avqust 16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı
-
Nida Xəbər 16 Avqust 16:28Səfir sabiq prezidentlə fotosunu paylaşdı - Bakıya gəlib (FOTO)



































