Qadın
Zorla evləndirilən qızın burnu kəsildi, üstünə 8 yaşlı günü gətirildi və... - FOTOLAR
Əfqanıstanda əri tərəfindən burnu kəsilən və müalicə üçün Türkiyəyə gətirilən Rza Gülə həkimlər yeni həyat verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər əfqan qadına yeni burun tikib. Gül Rza xəstəxanadan çıxmazdan əvvəl türkiyəli jurnalistlərə müsahibə verib. O, 14 yaşında məcburən evləndirilyini, həyat yoldaşının ona illərlə işgəncə etdiyini, bədəninin bir çox yerinin qızdırıcı ilə yandırıldığını deyib.
Gül 20 yaşına qədər uşaq sahibi olmadığı üçün həyat yoldaşının evə bir başqa “qadın” gətirdiyini söyləyib. Gül günüsü isə 8 yaşında bir uşaq olub. Lakin əri qızı evə gətirdikdən bir müddət sonra özünün hamilə qaldığı və bu səbəbdən də ərinin ikinci həyat yoldaşının ailəsi ilə arasında mübahisə düşdüyünü deyib. Gül körpəni anasının evində dünyaya gətirdiyini, həyat yoldaşının isə mütəmadi olaraq dava saldığını bildirib.
Rza Gül başına gələn hadisələrlə bağlı bunları deyib: "Həyat yoldaşım bizi yenidən evə aparmaq istədi, amma getmək istəmədim. Məhəlləmizdə indi Taliban hakimlik edir. Onlar gəlib məni atamdan istədilər. Yanlarında həyat yoldaşım da var idi. Onlar məni ölümlə təhdid edirdilər. Sonra məni özləri ilə apardılar, amma ənənələri pozduğum üçün burnumu kəsdilər və məhəllədən atdılar. Günümün isə hələ də uşağı yoxdur".
Burnu kəsildikdən sonra ailəsinin gecə yarısı onu qaçıraraq Faryaba apardığını, icra hakiminin onunla yaxından maraqlandığını, ilk müdaxilədən sonra Türkiyəyə gələ bilməsi və müalicə üçün ona kömək etdiyini bildirib. Gül hadisədən 20 gün sonra anası və körpəsi Türkiyəyə gətirilib və dərhal müalicəyə başlayıb. Körpəsinin səhhətinin yaxşı olduğunu deyən Gül sağaldıqdan sonra ölkəsinə qayıtmaq niyyətindədir. O, ümid edir ki, valideynləri onu qoruya biləcək.
Türkiyəli həkim Nurullah Zəngin Gülün ağır yaralandığını, müalicəsində bir neçə həkimin iştirak etdiyini vurğulayıb. Həkimlər gənc qadının sağlamlığına qovuşmasından xoşbəxt olduqlarını dilə gətirib, lakin onun xəstəxanadan çıxandan sonra ailəsiylə Əfqanıstana qayıtmasından dolayı narahatlığını da ifadə edib. Zəngin Gülün beş aylıq körpəsinin də bütün vaksinlərinin vurulduğunu, mütəmadi nəzarətlərdən keçdiyini bildirib.
Estetik Plastik və Rekonstruktiv Cərrahiyyə mütəxəssisi Ramazan Ərkin xəstənin xəstəxanaya gətiriləndə burnunun tamamilə kəsilmiş olduğunu, burunun alına birləşdiyi yerdən dodağa qədər olan bütün toxumalarının şüurlu şəkildə bıçaqla kəsildiyini deyib: “Özü də bərpası mümkün olmayacaq şəkildə kəsmişdilər. Kəsik yerində böyük bir dəlik vardı və bu deşikdən xəstənin boğazı, badamcıq vəzisi görünürdü".
Ramazan Ərkin hadisə yerində yalnız qanın dayandırıldığını qeyd edib və prosesləri belə izah edib: "Xəstə hadisədən 20 gün sonra gəldi, dərhal əməliyyat etdik. Xəstənin sümük daxil olmaqla bir çox infeksiyası var idi. Burun orqanı tamamilə olmadığı üçün ilk olaraq burnun daxili quruluşu düzəltdik. Bunun üçün xəstənin alnından bir ət parçasını aldıq və bunun içinə qığırdaq və sümük toxumasını daxil etməklə burunun daxili quruluşunu hazırladıq. Sonra xarici görünüşü üçün əməliyyat apardıq. Müalicə təxminən 5 aya həyata keçirilib".
Xatırladaq ki, Əfqanıstanda da bir neçə il əvvəl də bir qadının burnu guya Taliban qanunlarına pozduğu üçün kəsilib. Bibi Ayişə adlı burnu kəsilən qadın “Time” jurnalına üz qabığına çəkilərək, dünyanı şoka salmışdı. Daha sonra Ayişənin burnuna protez taxılmış və müalicədən sonra yeni görünüşünə qovuşmuşdu.
Fidan
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı
-
Region16 Avqust 17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16 Avqust 16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı
-
Nida Xəbər 16 Avqust 16:28Səfir sabiq prezidentlə fotosunu paylaşdı - Bakıya gəlib (FOTO)



































