Qadın
Toyundan əvvəl üzə çıxan videogörüntü gənc qızı şoka saldı
Qeyri-rəsmi münasibət, gizli çəkiliş, hədələr və gənc
qızın puç olan arzuları
Son vaxtlar istər ölkə daxilində, istərəsə də xarici ölkələrdə
internet vasitəsi ilə qurulan sevgi münasibətlərinin dəhşətli
nətəcələri ilə bağlı çox sayda xəbərlər bir-birini izləməkdə davam
edir.
Xüsusilə gənclərin sosial şəbəkələrdə baş tutan tanışlıqdan sonra
bir anda sərhəd tanımayan yaxın münasibətləri daha sonra ağır
nəticələrə gətirib çıxarır. Buna bənzər daha bir hadisə Türkiyənin
İstanbul şəhərində baş verib.
Türkiyədə gənc qız internet vasitəsilə tanış olduğu oğlanla
görüşüb, daha sonra onlar nişanlanıblar. Qısa müddətdə toy etməyə
qərar verən cütlüyün sevinci yarımçıq qalıb. Evlənməyə hazırlaşan
gənc qız eyni yolla tanış olduğu keçmiş sevgilisinin hədəsinə məruz
qalıb: "25 yaşlı gənc qızam. Bundan 2 ay əvvəl bir ildir ki, tanış
olduğum sevgilimlə evlənməyə qərar verdik. Ailələrimizi də bu
izdivaca razı oldu. Yaxında toyumuz olmalıdır. Ancaq mənə edilən
bir zəng bütün ümidlərimi yıxdı. Zəng edən əvvəllər internet
vasitəsilə tanış olduğum və bir müddət münasibətimizin davam etdiyi
oğlan idi. Mütləq görüşməli olduğumuzu, əks təqdirdə mənə aid
əlindəki gizli çəkilişləri internetdə yayacağını dedi. Çox qorxdum,
amma görüşə getmədim. İndi hər gün zəng edərək məni hədələyir. Nə
edəcəyimi bilmirəm".
Qeyd edək ki, kimliyini gizlədən gənc qız internetdə paylaşdığı bu
məktubla düşdüyü durumdan yaxa qurtarmaq üçün çarə tapmaq
istədiyini dilə gətirib. Məktubu oxuyan bəzi istifadəçilər isə gənc
qızın polisə müraciət etməli olduğunu və baş verənləri nişanlısına
danışmağını vacibliyini vurğulayıblar.
Xatırladaq ki, bu kimi hallara görə gənclər, xüsusilə qızlar bir
daha ehtiyatlı olmalıdır ki, sosial şəbəklərdə əyləncə axtaran
oğlanların tələsinə düşməsinlər. /// qadinlar.biz
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq














.png)





.jpg)
















