Qadın
Qarnı gizlədən hiylələr
Qarnınız geyindiklərinizin altından israrlar çıxırsa, deməli, geyimlərinizi düzgün seçmirsiniz. Halbuki, geyim hiylələri ilə onu gizlətmək sizin əlinizdə çox asandır. Publika.Az-ın qadın bölməsi qarnı gizlətməyin yollarını izah edir.
Korset taxın - Ötən əsrlərin qadınları nahaq yerə gözəl görünmək üçün o qədər əzab-əziyyətə dözmürdülər. Onlar gözəllik hiylələrini müasir qadınlardan da yaxşı bilirdilər. Özəl gecələrdə qarnınız sizi narahat edirsə, korset taxın. Yox, korset taxanda özünüzü narahat hiss edirsinizsə, digər variantları sınaqdan keçirin.

Düzgün ayaqqabı seçimi - İndi deyəcəksiniz ki, ayaqqabı ilə qarnın bir-birinə nə dəxili var? Amma seçdiyiniz ayaqqabılar sizi olduğunuzdan daha arıq göstərir. Arıq görünmək üçün platforma, dabanı qalın və hündür ayaqqabılar seçin. Həmçinin nazik burunlu ayaqqabılar da qadınları incə göstərir.

Diqqəti başqa səmtə yönəldin - Ayaqlarınız incə və uzundursa, bu halda diqqəti ayaqlarınıza yönəldin. Gözləri qarından başqa yerə yönəltmək ən ağıllı variantdır.

Qara həmişə arıq göstərmir - Ən azından əyninizə kip oturan, qısa qara donun sizi arıq göstərmədiyindən əmin ola bilərsiniz.

Pencək geyinin - Pencəklər qarnı ört-basdır etmək üçün ideal seçimdir. Xüsusən də belinizə oturan modelləri məsləhət görürük.

Peplum geyinin - Peplum üstlər beldəki əlavəsi sayəsində qarnı tamamilə gizlədir. Yəni, peplum ətək və donlardan istədiyinz qədər geyinmək şansınız var.
Anvelop donlar - Diane Von Furstenbergin möcüzəli icadı olan avenlop donların sehrli əli öz təsirini göstərəcək. Bu donlar həm qarnı gizlədir, həm də qadınlığı büruzə verən cizgiləri üzə çıxarır.

Yüksək bel geyinin - Yüksək belli geyimlər qarnı yığır. Beli aşağıda dayanan ətək və şalvarlardan uzaq durmalısınız.

Bol köynəklər - Bol köynəklər qarnı gizləyən, eyni zamanda çox eleqant geyimlərdəndir.

-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)














.jpg)