Qadın
Yazın ən dəbli stilləri - FOTOLAR
Şalvar ətəklər yaz mövsümünün yeni çıxan trendlərindən biridir. Ulduzlar arasında bu stilə ən çox Viktoria Beckham müraciət edir. Demək olar ki, hər mövsüm kolleksiyalarında bu üsluba geniş yer verir. Viktoriadan başqa "3.1 Phillip Lim" və "Mulberry" kimi moda evləri bu şalvar modellərinə tez-tez yer verir. Dəb tənqidçilərinin nəzəriyyələrinə görə, bu tərz 2015-in qışında da davam edəcək.
Kullottes adlanan tərz ilk dəfə əslində, 1800-ci illərdə dəbə minib və tarixi keçmişi olan bir geyimdir. O dövrlərdə şalvarlarda və ətəklərdə ata minməyə çətinlik çəkən qadınları bu şalvar ətəklər xilas edirmiş. Ata minmək üçün qadınlar bu üsluba tez-tez müraciət edərdilər. Həmin dövrlərdə tikilən şalvarlar o qədər geniş idi ki, ətəklərdən fərqlənmirdi. Müasir dövrdə isə dizaynerlər onların üzərində işləyib və başqa formada təqdim ediblər. “Proenza Schouler”, “Hermes” və “Victoria Beckham” kolleksiyalarında dizin altında bitən şalvarlar yer alır. “3.1 Phillip Lim”, “Tibi” və “Mulberry” tərəfindən ətəyə bənzəyən kəsimlərlə dəb sevənlərin ixtiyarına buraxılır.

Bu mövsüm ağ və qara rəngli şalvarlar daha çox məşhurdur. Qara rənglər daha ciddi və rəsmi göründüyü halda, ağ rəngli şalvarlar çox eleqant görünür. Bu mövsüm başdan-ayağa ağ geyinmək dəbdədir. Bundan istifadə edərək siz də dizaynerlərin təqdim etdiyi ağ rəngli şalvar ətəkləri ağ rəngli köynəklərlə uyğunlaşdırın. Mövsümün şalvar ətəkləri yüksək belli olduğu üçün qısa üst geyimləri də seçmək şansınız var. Dəridən hazırlanan şalvar ətəklər də bu mövsüm dəbdədir. Bu tərzi modelyerlər və dizaynerlər qalın hündür dabanlı ayaqqabılarla uyğunlaşdırmağı tövsiyə edir.

Publika.Az-ın qadın bölməsi bu yaz dəbdə olan şalvar ətək modellərindən bir neçəsini təqdim edir:
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi















.jpg)


.jpg)
















.jpg)

