Qadın
Dünyanın ən gözəl kraliçasının özəl FOTOLARI
Bu gün İordaniya kraliçası Raniyə əl-Abdullahın doğum günüdür.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İordaniya kralı II Abdullahın xanımı bu gün 46 yaşını qeyd edir. Bu münasibətlə kral sarayının rəsmi feysbuk səhifəsində Raniyə əl-Abdullahın və onun ailə üzvlərinin şəkilləri paylaşılıb. Fotolar arasında həm bu il ərzində baş vermiş mühüm hadisələri əks etdirən, həm dövlət əhəmiyyətli görüşlərdə çəkilmiş, həm də şəxsi fotoları yer alıb.
Bu il İordaniya kraliçası 160 yerli layihələrlə məşğul olub: Qocalar evləri, müxtəlif təhsil müəssisələri, xəstəxanalar və s. Raniyə Qərb və Şərq arasında barış siyasəti yürüdür, kross-mədəni əlaqələrin qurulmasına imkan yaradır. Onun bu istiqamətdə fəaliyyəti bir çox ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və kraliça bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Qeyd edək ki, Raniyə 4 uşaq anasıdır və onlar öz uğurları ilə kraliçanı sevindirirlər. Böyük oğlu Hüseyn mayda universiteti bitirib. Sentyabrda 20 yaşı tamam olacaq Şahzadə İman isə Vaşinqtonda Corctaun universitetində təhsil alır.
Kraliça doğum günü münasibətilə möhtəşəm şadyanalıq keçirməyi xoşlamır. Raniyə bu özəl günü yaxınlarının əhatəsində qeyd edəcək. Yeri gəlmişkən onu da qedy edək ki, o, doğum günündən dərhal sonra Əmmanda keçiriləcək dizayn həftəsi ilə məşğul olacaq.
Məlumat üçün bildirək ki, Raniyə əl-Abdullah dəfələrlə bir çox nüfuzlu jurnallar tərəfindən dünyanın ən gözəl kraliçası seçilib.
Aytən
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?

















.jpg)



.jpg)

















