Qadın
Azərbaycanlı qız dünya gözəllik atlasında – FOTO
Dünyaca məşhur rumıniyalı fotoqraf Mixayel Norok bir neçə gün əvvəl Azərbaycana gəlib. Müxtəlif ölkələrə səfərləri zamanı qarşısına çıxan təbii gözəl qızların fotolarını çəkən fotoqraf Bakıda Fidan adlı azərbaycanlı qızla tanış olub və fotosunu çəkib.
Publika.az xəbər verir ki, fotoqraf Fidanın şəklini rəsmi “The Atlas of Beauty” səhifəsində paylaşıb və təəssüratlarını qeyd edib:
“Bir neçə həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda səfərdə olarkən xeyli gözəl qadınla tanış olmaq və onlarla söhbət etmək imkanım oldu. Kişilərin dominantlıq etdiyi cəmiyyətdə qadınların əksəriyyəti hələ də ərlərinin icazəsini almadan şəkil çəkdirməkdən qorxur.
Azərbaycanda gender bərabərliyi uğrunda mübarizə aparan qadınlar var. Onlar hələlik azlıq təşkil etsə də, mən əminəm ki, belə qadınların sayı yaxında durmadan artacaq.
Fidan da qarşılıqlı ehtiram və bərabərlik olmadan heç bir münasibət qurmayacağını deyən heyrətamiz xanımlardan biridir.
Bu sözlər bəzilərinə bəlkə də güclü təsir bağışlamaya bilər. Amma mənə inanın ki, qadının belə sözləri dilə gətirməsi dünyanın çox məkanlarında böyük cəsarət və qətiyyət tələb edir”.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?

















.jpg)



.jpg)
















