46 yaşlı model Donald Trampı necə tələyə saldı? - FOTOLAR
Bizi izləyin

Qadın

46 yaşlı model Donald Trampı necə tələyə saldı? - FOTOLAR

Donald Trampın ABŞ-da prezident kreslosunu tutmaq niyyəti nə qədər ciddidirsə, onun xanımı da ölkənin birinci ledisi olmağa bir o qədər iddialıdır.

Qalmaqallı milyarderin üçüncü arvadı vaxtilə peşəkar model və kişi jurnallarının ulduzu olub. Əks halda, o, modellərə qarşı zəif olan Donald Trampın həyat yoldaşı ola bilməzdi.

Publika.az oxucuları özünü birinci xanım olmağa kifayət qədər layiq olduğunu söyləyən Melaniya Tramp haqqında maraqlı faktlarla tanış edir.

Bu yazının qəhrəmanı planetin ən zəngin və nüfuzlu şəxslərindən biri ilə Nyu-Yorkda axşam dəvətində tanış olub. Donald o gecə tək deyildi, amma yanında rəfiqəsinin olması Trampa modelə yaxınlaşmağa və ondan telefon nömrəsi istəməsinə mane yaratmayıb. Rədd cavabı alan Donald öz mövqeyindən sui-istifadə edib. Məsələ ondadır ki, milyarder gözəllik müsabiqələri və dəb jurnallarına havadarlıq edir. O, bütün gücü ilə Melaniyanın karyerasına dəstək olmağa hazır olduğunu açıq şəkildə dilə gətirir. Onun bu səyləri model tərəfindən yüksək qiymətləndirilir və bir neçə aydan sonra onların arasında romantik ehtiras yaranıb. Donald hətta radioda canlı yayımda Melaniyaya sevgisini etiraf edib.

Xatırladaq ki, Maleniya Yuqoslaviyada anadan olub. O, 16 yaşından model kimi fəaliyyət göstərməyə başlayıb. Lakin onun keçmişi elə də parlaq deyil. Belə ki, Melaniya playboy və digər kişi jurnallarının səhifələrini bəzəyib.

Model milyarderlə evləndikdən sonra çılpaq pozalarının sayını azaltmağa qərar verir. Bununla belə Melaniya 2000-ci ildə “Sports Illustrated” jurnalının "Bikini gözəli" olmaqdan imtina etmir. Modellik keçmişi indiyə qədər Miss Trampı rahat buraxmır. Məsələn, ABŞ-ın 45-ci prezidenti olmağa hazırlaşan Trampı xanımının bu yaxınlarda yayılmış çılpaq fotoları bərk qəzəbləndirmişdi. Və bütün bunlardan sonra Melaniya hələ də əmindir ki, birinci xanım olmağa layiqdir və belə xəbərlərin öhdəsindən asanlıqla gələ biləcək.

Melaniya stilini Jaklin Kennedi və Marqaret Tetçerlə müqayisə edərək özünü onların davamçısı adlandırır. Lakin qeyd etmək lazımdır ki, Melaniyanın qarderobunun Jaklin Kennedi və Marqaret Tetçerin stili ilə heç bir aidiyyəti yoxdur. Əslində bu iki xanımın üslubunun da bir-birinə yaxın olduğunu da demək olmaz. Və onların heç biri ictimaiyyət qarşısına dərin dekolte və mini ətəkdə çıxmayıb.

Milyarderin 46 yaşlı xanımının üslubu son on il ərzində dəbdə baş verən dəyişikliklərin parlaq illüstrasiyasıdır. O, heç bir trendi nəzərdən qaçırmayan əsl modabazdır. O, cırıq cinsləri, büzməli donları, parıltılı, strazlı libasları və digər cəlbedici və seksual tərzləri dəfələrlə sınaqdan keçirib. Makiyajda da bolluğu sevən Melaniya 2010-cı ildən imicində radikal dəyişikliklər etməyə başlayıb. Melaniya parlaq çəhrayımı qırmızıya, çəhrayı futlyar-paltarlarını klassik qara donlara, atlas parçanı isə pastel çalarlarına, dekolteli libasları uzun paltarlarla əvəz edir. Heç şübhəsiz, bu gün Melaniyanın stili birinci xanım obrazına daha çox oxşayır, nəinki on il bundan əvvəl. İndi Melaniyanın ən dəbli birinci xanım nüfuzunu qazanması üçün ona təkcə mini ətəkləri ilə vidalaşmaq və ərinin seçkilərdə qalib olması qalır.

ABŞ-ın potensial birinci xanımı Melaniya təbii gözəllikdən uzaqdır. Xarici mətbuatda Melaniyanın sinəsinin böyütdüyünə və üzünü dartdırdığına dair dəfələrlə xəbərlər dərc olunub. Lakin o, plastik əməliyyat etdirməsi ilə bağlı yayılmış bütün şayiələri inadla rədd edir: “Mən öz zahiri görkəmi dəyişməmişəm. Çoxları mənim müxtəlif estetik üsullara əl atdığımı və öz simamda bəzi dəyişiklik etdiyimi deyir, halbuki, mən heç nə etməmişəm. Mən sadəcə sağlam həyat tərzi sürür, dərimin, üzümün və bədənimin qayğısına qalıram. Mən botoksa və istənilən gözəllik inyeksiyalara qarşıyam. Hesab edirəm ki, bu, dəri və əsəblər üçün zərərlidir. Anam kimi layiqli şəkildə qocalmağa hazıram”.

Melaniyanın üz cizgiləri dediklərini şübhə altına alır. Hətta onu çoxdan tanıyanların sözlərinə görə, Melaniya məktəbli olanda makiyaj etmədən evdən çıxmayıb. Onun uşaqlıq rəfiqəsi etiraf edir ki, Melaniya yayda belə makiyaj edib və günün istənilən saatın ideal formada olmağa can atıb.

Məlumat üçün bildirək ki, tarixdə ən seksual birinci xanım obrazı indiyədək Karle Bruniyə məxsusdur.

Parıltını klassik qara donlarla əvəz edir.

Мелания Трамп

Мелания Трамп

Çəhrayı topları işgüzar libaslarla əvəz edir.

Мелания Трамп

Мелания Трамп

Parlaq çəhrayıdan qırmızıya doğru

Мелания Трамп

Мелания Трамп

Pencəklərin yerini şıq kombinezonlar tutur.

Мелания Трамп

Мелания Трамп

Kürklərdən paltoya keçid

Мелания Трамп

Мелания Трамп

Çəhrayı futlyardan klassikaya

Мелания Трамп

Мелания Трамп

Ziyafət libasları

Мелания Трамп

Мелания Трамп

Мелания Трамп

Мелания Трамп

Ağ və qara ziyafət libasları

Мелания Трамп

Мелания Трамп

Gəlincik donlardan sadəliyə doğru

Мелания Трамп

Мелания Трамп

Atlas parıltısını sakit tonlar əvəz edir.

Мелания Трамп

Мелания Трамп

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm