Qadın
"Hamilə qalım, siqareti atacam", - deyənlərə BƏD XƏBƏR
Siqaret çəkən xanımlar üçün ən çətin dövr hamiləlikdir.
Uşaq sahibi olmağı planlaşdıran və "hamilə qalım, siqareti atacam",
- deyən qadınlara pis xəbərimiz var. Uşaq sahibi olmaq üçün
siqareti tərgitməniz yetərli olmayacaq. Bunun üçün əvvəldən o çox
sevdiyiniz "dumana" əlvida deməlisiniz.
Publika.az lent.az-a istinadən xəbər verir ki, siqaret çəkən qadınların
uşaqlarında immunitet sistemi zəif olur. Bu uşaqlarda tiroid vəz
böyüməsi, sümük inkişafı pozğunluqları, damar sərtliyi, təzyiq,
köklük və şəkər kimi ciddi xəstəliklər ortaya çıxır.
Hamilə qalan kimi siqareti tərgitməyin heç bir faydası yoxdur.
Hamilə qalan və uşağının sağlamlığını düşünən qadınlar siqareti
birdəfəlik tərgitməlidir.
Hamilələr qətiyyən siqaret çəkməməli və siqaret dumanı olan
yerlərdən uzaq durmalıdırlar. Sadəcə anaların deyil, ataların da bu
məsələyə ciddi yanaşması və uşaq planlaşdırılan andan siqareti
atması vacibdir.
Siqaret çəkilən ailələrin uşaqları daha erkən yaşlarda siqaret
çəkməyə meylli olurlar.
Siqaret menstruasiya pozğunluğu, cild xəstəlikləri və tez
yaşlanmaya səbəb olur. Siqaret çəkən qadınlar erkən menopauza
keçirir. Siqaretlə yanaşı doğuş həbləri istifadə edən qadınlarda
ürək xəstəliyi riski artır. Gündə 1 qutu siqaret çəkən qadında
ağciyər xərçəngi riski 20 faiz artıq olur. Bu qadınlarda sonsuzluq
riski də yüksəkdir. Siqaret istifadəçisi olan analarda südün
miqdarı da az olur.
-
Magazin122:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi
-
ABŞ21:12Paşinyan Sinirlioğlu ilə hansı məsələləri müzakirə edib?
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI























.jpg)











