Qadın
Uşaqlarınızı mövsümə uyğun qidalandırın
Mövsümə uyğun qidalanmaq insanlara mövsümi xəstəliklərdən qorunmaqda kömək edir. Uşaqlarda zehni funksiyaları gücləndirmək və qan dövranını yaxşılaşdırmaq üçün bu cür qidalanma əhəmiyyətlidir. Mütəxəssislər xüsusi ilə təhsil alan uşaqların qidalanmasında bu amili vacib sayır. Mütəxəssislər yaz aylarında meyvə və tərəvəz, tərəvəzdən hazırlanan şorbalar, göy-göyərti, qış aylarında uşaqlara süd, qatıq, balıq, toyuq, mal əti, quru paxlalılar və başqa qidaların verilməsini məsləhət görür. Bu qidaların əskikliyi iştahanı azaldaraq həzmin pisləşməsinə, baş ağrısına, ağız içi yaralara, qan azlığına və yuxunun pozulmasına yol açır.
Uşaqların mövsümə uyğun qidalanması həm də xəstəliklərdən
qorunmağa kömək edir. Xüsusilə payız fəslində uşaqların bədən
müqavimətini artıracaq qidaların seçilməsi lazımdır. Sitrus
meyvələri daha faydalıdır. Təzə paxlaya, ispanağa, cəfəriyə,
pomidora, kartofa, bibərə, xiyar kimi tərəvəzlərə də üstünlük
vermək olar.
Güclü sümüklər üçün kalsium da lazımlıdır. Kalsiumun ən yaxşı
qaynağı süd məhsullarıdır. Gündə 2 stəkan süd və ya qatıq qəbul
etmək sümük əriməsi (osteoporoz) riskini azaldar və bədənin daha
balanslı işini təmin edər.
Heyvani zülallar da əhəmiyyətlidir. Əzələlərin əmələ gəlməsində, böyümə və inkişafında zülallarla zəngin ət, süd məhsulları, yumurta, yağlı ləpələr və taxıl məhsulları təsirlidir. Heyvani zülallar dəmir mineralının ən yaxşı mənbəyidir. Bu səbəbdən də həftədə 2 dəfə qırmızı ət, 2 dəfə toyuq və ya hind toyuğu, 2-3 dəfə balıq qəbul etmək lazımdır.
-
Nida Xəbər 11:54Baş nazir qərar imzaladı
-
Hadisə11:20Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı: Məclisə gedirmişlər - Foto/Yeniləndi
-
Dünya11:14HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt
-
ABŞ10:31Trampı dayandırmaq üçün hərəkətə keçdilər: ABŞ Senatında bomba qalmaqalı
-
Dünya10:17Rusiya-Ukrayna müharibəsinin böyük qazananı: Bu ölkə milyardlar əldə etdi
-
MDB09:21Moskva gecə boyu PUA hücumuna məruz qaldı - Böyük dağıntı, yaralılar var
-
Magazin209:00Tupak Şakurun qətlinin sirri 30 il sonra açılır - Məhkəmə başladı
-
Nəqliyyat08:24Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Yeni qadağa gündəmdə















.jpg)



.jpg)






.jpg)











