Qadın
Heyvan əmizdirən qadınlar dünyanı heyrətə gətirir - FOTOLAR
Dərin Amazon cəngəlliklərin çoxlu naməlum sirlərlə doludur. Keçilməz Braziliya meşələrində qədim ənənələrinə indiyədək sadiq qalan Ava adlı hind qəbiləsi yaşayır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu tayfanın qadınları öz körpələrindən başqa, xüsusilə müxtəlif vəhşi heyvanların balalarını öz südü ilə bəsləyir. Demək olar ki, Ava qəbiləsinin hər bir ailəsi hər hansı heyvanın balasını saxlayıb əhliləşdirir. Ən dəhşətlisi odur ki, qadınlar onları böyüyənə qədər əmizdirir.
Bu qapalı aləmə düşmək şansı qazanan fotoqraf Domeniko Puleze qəbilənin qadınlarının unikal fotolarını çəkib. Fotoqrafın sözlərinə görə, qadınlar meymun və digər heyvanları eynilə körpə uşaq kimi sinəsi ilə əmizdirir: “Onlar təbiətə çox yaxındır. Əslində hətta onlar təbiətin bir hissəsidir!”
Yeri gəlmişkən, bu millət yer üzündən tezliklə yox ola bilər. Bu gün Ava qəbiləsi yalnız 350 nəfərdən ibarətdir. Onlardan 100 nəfəri isə yaşadıqları yeri heç vaxt tərk etməyib.
Puleze onu da etiraf edir ki, qəbilənin adət və həyat tərzinə baxanda bəşəriyyətin nə qədər inkişaf etdiyini aydın görürsən: “Bu vəziyyət çox gülməlidir, lakin başa düşmək lazımdır ki, dünyada nə qədər xalq və tayfa varsa, bir o qədər adət-ənənələr var. Sənə vəhşi görünən hər hansı bir iş, başqası üçün adi ola bilər”.
Tabloid.az
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək















.jpg)





.jpg)


















