Taleyinizlə bağlı maraqlı TEST
Bizi izləyin

Qadın

Taleyinizlə bağlı maraqlı TEST

Aşağıdakı rəsmə diqqət baxın. Diqqətinizi rəsmin ən çox hansı hissəsi çəkib? Arasından bəyəndiyiniz bir variantı seçib xarakteriniz və həyatınızda nələr baş verdiyi haqqında maraqlı məlumat toplaya bilərsiniz.

Altı ayrı hissəyə bölünmüş lalə - Son zamanlar duyğularınız deyil, məntiqinizlə hərəkət edirsiniz. Yeni qərarlar qəbul etmək dönəmindəsiniz. Bu, iş, ya da eşq həyatınızla bağlı ola bilər. Lalənin içindəki qarışıq cizgilər də diqqətinizdən yayınmayıbsa və onların nə olduğunu anlamağa çalışmısınızsa, başınız çox qarışıqdır. Bir məsələ üzərində həddindən çox fikirləşirsiniz. Lalənin altı ayrı hissədən ibarət olduğunu müəyyən edə bildinizsə, sizin də başınız eyni ilə lalə kimi bölünüb və hər biri ayrı-ayrı hadisələr ətrafında baş sındırır. Çox böyük məsuliyyət daşıdığınız üçün bəzən altıdan çıxa bilməyəcəyinizi fikirləşirsiniz.

Lalənin ətrafında açılan iki budaq - Fikirlərin sizi rahat buraxmadığı və özünüzü tənha hiss etdiyiniz bir dönəmdəsiniz. Mövzudan asılı olmayaraq, sevdiyiniz insanlarla söhbətləşmək əhvalınızı qaldıracaq. Özünüz də güvəndiyiniz birinin məsləhətlərinə ehtiyacınız olduğunu yaxşı bilirsiniz. Budaqlara dolanmış sarmaşığa da fikir vermisinizsə, həyata olan küskünlüyünüzün azaldığını bildirir. Həyat sevgisini yenidən qaytarmaq üçün saman çöpündən yapışmağa hazır vəziyyətdəsiniz.

Rəsmin ortasındakı çiçək və ətrafındakılar - Bu, sizin ürəyinizin dolu (sevgi ilə) olduğunu göstərir. Yəni, sevgi qapınızı ya döyüb, ya da döyəcək. Ətrafındakı digər cizgilər və ilbiz diqqətinizi cəlb edibsə, qarşıdakı insana özünüzü yaxşı ifadə edə bilmirsiniz. Bu isə sizin özünüzə qapanmanıza gətirib çıxarır. “Mən böyük çiçəyin üzərindəki iki budağı gördüm” deyirsinizsə, iki insan arasında qaldığınızı bildirir. Amma birini daha çox sevdiyinizi yaxşı bilirsiniz.

Budaqdakı alma - Həyatda çox çalışıb, az qazandığınızı, artıq əkdiklərinizi biçməyin vaxtı gəldiyini düşünürsünüz. Bu alma sizin həyatınızda gəliri ifadə edir. Çox işlədiyiniz üçün həyatın gözəlliyini və dadını çıxara bilmirsiniz, hər şeyi təxirə salırsınız. İki işlə eyni anda məşğul olursunuz və bundan zövq alırsınız. Zəhmətkeş insan olduğunuz üçün əməyinizin qarşılığını almaq sizi xoşbəxt edir.

Rəsmin sonundakı həyat kökləri - Diqqətinizi bura çəkibsə, ailənizdən heç vaxt və heç bir halda imtina edə bilməyəcəyinizi göstərir. Çünki uşaqlığınızla bağlı gözəl və unudulmaz xatirələriniz var. Onlar sizin üçün çox dəyərlidir, ailənin bütün yükü sizin üzərinizdədir. Hətta özünüzə də vaxt ayıra bilmirasiniz.

Tərcümə: AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm