Qadın
1 dilim tort pəhrizi pozurmu?
Çoxları bir dilim tortun ləzzətinə, ya da şirniyyatın yoxluğuna tab gətirə bilmədiyi üçün pəhrizi pozmağa razı olur. Daha sonra pəhrizinin pozulduğunu zənn edərək, pəhrizdən kənara çıxmağa başlayır. Peşmançılıq hissi bizi rahat buraxmasa da aclıq hissi onu üstələyir.
Publika.Az-ın qadın bölməsi Türkiyə mətbuatına istinadən pəhrizin ən çox nə zaman pozulduğunu, pəhrizi pozduqdan sonra necə davam etdirməyin yollarını izah edir.
Pəhriz həyat tərzidir - Dietoloqlar ilk olaraq sərt qaydaları olan pəhriz yerinə, normal və yetərli miqdarda qida siyahısı olan pəhrizlərə əməl etməyi tövsiyə edir. Pəhrizi həyat tərzi kimi qəbul etməyə çalışın. Sizə uyğun olan pəhrizi sağlamlığınızı qorumaq üçün uzun müddət davam etdirmək lazımdır.
Pəhrizin pozulduğunu düşünməyin
Pəhrizi adətən nəfsinə hakim ola bilməyənlər pozur. Uzun müddətli pəhriz dedikdə əlbəttə ki, sərt qaydaları olan pəhrizə hər gün əməl etməli olduğunuzu bildirmir. Pəhrizə uyğun olmayan qidaları qəbul etdikdə “pəhrizim pozuldu” deyə düşünməyin. Pəhrizlər ən çox axşam və gecə yeməklərində pozulur. Məsələn, axşam pəhrizində: bir kasa şorba, bir porsiya yumurtalı ispanaq, yarım kasa qatıq və bir dilim çörək olduğu halda, siz 1 stəkan südlü qəhvə, 1 dilim meyvəli tort, 3 qaşıq kısır (milli türk yeməyi) və bol miqdarda göy-göyərti yemisiniz. Pəhrizi pozduğunuzu hesaba alaraq, daha çox yeyib və daha böyük səhvə yol verə bilərsiniz. Daha sonra çox yediyiniz, aşırıya qaçdığınız qidaların miqdarını azaldaraq pəhrizi tənzimləyərsiniz.
Pəhrizim onsuz da pozulub deyərək, qeyri-sağlam qidalanmaq əvəzinə, pəhrizi davam etdirən çıxış yolları tapmalısınız. Məsələn, hər ikisi süd qrupundan olan qidalar: südlü qəhvə və qatıq bir-birinə yaxın və təxminən eyni kaloridir. 1 dilim tortla, 1 dilim çörək bir-biri ilə eynidir. Bu halda birini səhəri günə saxlayaraq pəhrizi tənzimləyə bilərsiniz. 3 qaşıq kısır, bir kasa şorba və 1 dilim çörəyə bərabərdir. Yəni, birini yediyiniz halda, digərinə ehtiyac qalmır. Ancaq protein qaynağı olan yumurta ehtiyacı ödənilmədiyi halda, gündəlik karbonhidrat, protein və yağ balansını pozur. Buna görə də, səhər yeməyində 1 yumurta, yaxud onu əvəz edən qidalardan birini yeyə bilərsiniz. Bu halda pəhriz pozulmuş hesab olunmur.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)