Qadın
Dəbli yay sarafanları - FOTOLAR
Havalar düzəldiyinə görə, qarderobumuzdakı safaranları həvəslə çıxara bilərik. Uzun və rahat sarafanlar, ətəklər bu il daha çox bohem (azad ruhlu insanların etnik üslubun hiss olunduğu və hippivari geyim tərzi) tərzindədir. Publika.Az-ın qadın bölməsi mövsümün ən trend uzun sarafanlarını, ətəklərini və onları nə ilə geyinməyin yollarını izah edəcək.
Qısa pencəklərlə geyinin - Bu ilin dəbi olan qısa pencəklər ilə uzun sarafanların uyğunluğuna heyran qalacaqsınız. Qısa pencəklər uzun sarafanları daha eleqant göstərəcək. Sərin havalarda qısa dəri pencəklər və cins gödəkçələrinizlə uzun donları birləşdirə bilərsiniz.
Səndəllə geyinin - Uzun sarafanları hündür daban ayaqqabılarla geyinmək olar. Ancaq bu mövsüm səndəllərlə uzun donların sintezi daha aktualdır.
İdman köynəyi ilə - Uzun donların üzərinə idman tərzində olan köynəklərlə geyinib kasual (gündəlik üslub) stilinə bürünə bilərsiniz. Həmçinin qısa üst geyimlərinin dəbdəbəsindən söz açmağa ehtiyac yoxdur.
Düyməli köynəklə geyinin – Köynək klassik bir parça olmasına baxmayaraq, mövsümün trendidir. Dolayısı ilə uzun ətəklərlə də geyinmək mümkündür. Eyni zamanda cins köynəklə də birləşdirə biləsiniz.
Papaq - Uzun bohem tərzində olan sarafanları mütləq papaqla birləşdirin. Bahar mövsümü üçün hazırlanan güllü şlyapalar və ya həsir papaqlarla uyğunlaşdıra bilərsiniz.
İdman ayaqqabıları ilə geyinin - İdman ayaqqabıları qələm ətək modelləri ilə geyinildiyi halda, niyə də uzun sarafanlarla geyinilməsin? Xüsusən də yazın ən dəbli, üzərində gül-çiçək təsvirləri olan idman ayaqqabıları ilə əla görünür.
Jiletlə geyinin - Uzun ətək və sarafanları cins jiletlərlə də geyinmək şansınız var.
Kəmər - Uzun sarafanlara yaraşan aksesuarlardan biri də kəmərlərdir. Xüsusən də bol kəsimli sarafanları qum saatı formasında göstərməkdən ötrü belinizə incə kəmər taxa bilərsiniz.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)