Qadın
Fəxriyyə Xələfovanın cəzibədar və qüsursuz stilləri - FOTOLAR
Əvəzolunmaz olmaq üçün daima seçilməlisən. Seçilmək üçün də sənin özünəməxsus stilin olmalıdır. Dəbin tez ötüşən trendləri hər mövsüm gedir, yenisi ilə əvəz olunur, stil isə həmişəlik qalır. Stil insanın həm daxili aləmi, həm də hansı dünya görünüşünə və biliyə malik olduğu haqqında çox söz deyir. Məsələn, əməkdar incəsənət xadimi və Azərbaycan moda dünyasında qabaqcıl təcrübəli modelyer Fəxriyyə Xələfova dəbdəbəli və eleqant stili ilə hər zaman heyrət doğurur. Onun dəb haqqında fikirləri və məsləhətləri zövqlü görünmək istəyən xanımlara bələdçilik edir. Uzaq keçmişə qayıdıb, daş dövründə yaşasaydı, yəqin ki, bəşəriyyətin ilk geyim ustası olardı. Publika.Az-ın qadın bölməsi Azərbaycanın əməkdar incəsənət və mədəniyyət xadimi, modelyer Fəxriyyə Xələfovanın sosial şəbəkədə paylaşdığı qüsursuz ziyafət və kokteyl libaslarını təqdim edir:
İstər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, geyim rəngi və üslubu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir. Bu mənada Fəxriyyə Xələfovanın zərif üslubunu bir nümunə kimi göstərmək olar. F.Xələfova tez-tez bildirir ki, xüsusi görüşlər zamanı geyim insanların “vizit kartı”na çevrilir. Bu səbəbdən hər zaman iştirak etdiyiniz rəsmi ziyafətlərdə, bayram günlərində və digər xüsusi günlərdə tələb olunan geyim qaydalarına uyğun geyinməyin vacibliyini vurğulayır.
Fəxriyyə Xələfovanın stilində bənövşəyi onun ən çox müraciət etdiyi rənglərdən biridir. Bənövşəyi insana ruh yüksəkliyi verir. Tünd bənövşəyinin çalarlarını isə daha çox bəyənir. Bu rəngli libasların onun qarderobunda xüsusi yeri var.
Hətta ən yaxşı geyinən bir qadının qarderobunda heç olmasa bir şalı yoxdursa, onun zövqünə şübhə ilə yanaşmaq olar. Çünki o qadın qarderobunun ən mühüm aksessuarıdır. F.Xələfavonun stilində isə şərflərdən və şallardan tez-tez istifadə etdiyini müşahidə edə bilərik. Qüsursuz geyimlərinə nəfis aksessuarlarla bəzək vurur.
Yaradıcılığı dövründə Azərbaycanda və xarici ölkələrdə 10-larla moda sərgisi təşkil edilən Fəxriyyə Xələfova artıq xanımlar üçün gəlinlik libasları da təqdim edir. Belə ki, yaradıcılığında bir yeniliyə imza ataraq gəlinliklərə də yer verib. Modelyerin özünəməxsus tərzdə hazırladığı gəlinliklər nadir parçalardan hazırlanıb və onun zəngin əl işlərindən ibarətdir.
“Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza. Ətir vurmayan qadının gələcəyi yoxdur. Ətir - görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır”.
Koko Şanelin ətir haqqında dediyi sözləri boşuna xatırlatmadım. Çünki modelyerin işləri bununla bitmir və ətir istehsalı ilə məşğul olur. Bir qadını ətirdən başqa heç nə daha yaxşı ifadə edə bilməz. Bunu nəzərə alan modelyer xanımlar üçün nəfis tərtibatda ətirlər hazırlayıb.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)


.jpg)

.jpg)

















.jpg)

