Murad Arif: “Süfrədən başlayıb yataqda bitməlidir” - FOTOLAR
Bizi izləyin

Qadın

Murad Arif: “Süfrədən başlayıb yataqda bitməlidir” - FOTOLAR

Publika.Az-ın “Kokteyl” layihəsinin bu həftə qonağı aparıcı Murad Arif oldu. Murad Arif arıqlama prosesində ən çox nədən əziyyət çəkdiyindən, hansı yeməklərə həsrət qaldığından və Bakıda evlərin alışıb-yanan qiymətlərindən şikayətləndi.

- Birinci başlayaq arıqlamağınızdan. Necə oldu arıqlamağa qərar verdiniz və nədən başladınız?

- Deyirlər ki, insan uşaqlıq arzusunu yerinə yetirməyəndə bu arzu onu ömür boyu rahat buraxmır. Uşaqlıqdan mahnı oxumaq arzum olub. Kamil yaşlarımda isə artıq çəki ilə müğənniliyi uyğun görmürdüm. Öz mahnımı yazdım və qəti şəkildə arıqlamağa qərar verdim. Bu işdə mənə dietoloq Leyla xanım, idman zalı və həyat yoldaşım köməkçi oldu. Həkim-dietoloqun hər həftə yazdığı reseptə uyğun hərəkət edirdim və ona əsasən qidalanırdım.

- Bu müddət ərzində ən çox nə sizə çətinlik yaratdı?

- Ən çətini xüsusi kokteyllər idi. Darçın və zəncəfilə indi bütün varlığımla nifrət edirəm...

Arıqlayan insanların gözləri hər zaman ac olduğu üçün həyat eşqi, işartı yox olur. Amma mənim dinamikliyim, çevikliyim daha da artdı, əvvəl olduğumdan daha pozitivəm.

“Kişini gözəl edən digər brendlər var”

- İstədiyiniz çəkiyə nail olmusunuz, yoxsa bu proses hələ də davam edəcək?

- 2 ay 20 günə 110 kq-dan 91 kq-a düşdüm. Görək nə olacaq...

- Pəhriz zamanı imtina edə bilməyəcəyiniz yemək oldu?

- Plov xəstəsiyəm. Bəzən baxa-baxa “doyurdum”, bəzən də 1-2 qaşıqla gözümün qurdunu öldürürdüm.

- Niyə Azərbaycan kişiləri xarici görkəmlərinə bu qədər laqeyd yanaşırlar? Qadınlar isə əksinə, gözəl görünmək üçün dəridən-qabıqdan çıxır, hətta gündüz gecə makiyajında gəzirlər.

- Kişini gözəl edən digər brendlər var və onlar daha çox vacibdir. Ağıl, məntiq, pul qazanmaq qabiliyyəti! Kişi üçün fason çıxartmaq vacib deyil. Səliqəli görünsün, yetər.

- Murad Arif özünə yetəri qədər güvənə bilir?

- Məncə... Yox, bu, mənim ən mənfi cəhətimdir.

“İpotekanın verdiyi pula da ancaq quş damı almaq olar”

- Həyatınızda nə çatışmır?

- Maddi baxımdan çox şey çatışmır. Bu dəqiqə əsas məqsədim evdir. Maşallah olsun, Bakıda evlərin qiyməti çox əsassız şəkildə, dünyanın gözəl turist şəhərlərindəki qiymətlərlə eynidir. İylənmiş bloklar, yolları zay olmuş məhlələrdəki beşmərtəbələrdə 3 otaqlı ev, Sena çayı ətrafındakı evlərlə eyni qiymətə satılır... İpotekanın verdiyi pula da ancaq quş damı almaq olar.

- Həyat yoldaşınızı, yaxud da qadınları sakitləşdirmək üçün güzəştə getməyə razı olarsınız?

- Baxır söhbət nədən gedir. Mən xırda şeylərdə tez-tez güzəştə gedirəm. Ümumiyyətlə, münasibət varsa, kompromis də olmalıdır.

“Qadınlar ovqatdan asılı olan varlıqlardır”

- Qadınlardan nə istədiklərini soruşublar, cavabı müəyyənləşdirəndən sonra, fikirlərini dəyişiblər. Yəni, qadınların nə istədiyni başa düşməyə çətinlik çəkmirsiniz ki?

- Çox dəqiqdir. Qadın məntiqi qəlizdir. Daha çox hislərlə idarə olunurlar, ovqatdan asılı olan varlıqlardır... Kişilər isə daha rasionaldır.

- Bir insanın həyatında ən pis sürpriz nə ola bilər?

- Məhrumiyyət, itki, xəyanət...

- Niyə dünyanın hər yerində ən yaxşı aparıcılar və şoumenlər kişilər olur? Amma qadın aparıcıları kişilərdən daha çox tanınırlar?

- Hmm.. Opra Uinfri, Ellen Degeneris kimi dünya şöhrətli qadın aparıcıları da var. Onlar hətta kişilərdən də çox qazanırlar. Yaxşı aparıcının verilişi hər zaman izlənilir, cinsə bağlı deyil.

“Bacım Azərbaycanda olan bütün aparıcılara örnəkdir”

- Bacınızın, yoxsa sizin apardığınız verilişlər daha uğurlu alınır? Bir-birinizdən öyrənirsiniz?

- Bacım Könül Arifqızının danışığı, səlis nitqi və tələffüzü Azərbaycanda olan kişili-qadınlı bütün aparıcılara örnəkdir. Bunu tək mən yox, televiziyada işləyən bütün təcrübəli diktorlar söyləyə bilər. Mən uşaqlıqdan bu günədək Könüldən çox şey öyrənmişəm. Onun zövqü, savadı, peşəkar musiqiçi olaraq klassik musiqi bilikləri və danışdıqlarından bəhrələnirəm.

- Sizcə, Azərbaycanda daha çox xanım, ya kişi aparıcılara ehtiyac var?

- Vallah, məncə, zadəgan görkəmi və dünyagörüşü olan aparıcılara hər zaman ehtiyac var. Fərqi yoxdur, istər qadın, istər kişi, efirlərdən bu əyalət təfəkkürlü adamları təmizləmək lazımdır... Bu tip adamların tək dərdi müğənnilərin toy savaşı, iddia davalarıdır. Bu adamlar filankəsin yalnız bunların efirində kiməsə söz atıb acılamağı ilə öyünürlər. Bu aparıcılar nə yeyir axı? Bu şüurlar nə ilə formalaşır?

- Qadınlar niyə kişilərin bişirdiyi yeməklərin daha dadlı olduğuna inanmaq istəmir, ya da razı olmur?

- Bizim evdə şəxsən mənim bişirdim kükünün alternativi yoxdur. Məncə, dünya bununla çoxdan razılaşıb.

- Kişilər qadınları, yoxsa yeməyi daha yaxşı bişirə bilirlər?

- Bu, niyyətdən və istəkdən asılıdır. İstədikdən sonra inamla dağı da yerindən oynatmaq olar. Mənə gəldikdə isə mən heç vaxt qadın bişirmək üzrə peşəkar olmamışam. Şöhrət elə bir şeydir ki, zəhmətə məhəl qoymur. Məşhur olandan sonra hər şey asan başa gəlir. Zamanla, hətta eyş-işrət məclislərindən bezirsən. Bu səbəbdən də həmişə saf sevgi mənim prioritetim olub. Niyyətin hara, mənzilin də ora.

“Ssenariyə görə, süfrədən başlayıb yataqda bitməlidir”

- Kişilər ac olanda, çox hirsli olurlar. Maraqlıdır, kişilərə iki şey təklif etsələr, hansını seçər: seks, yoxsa ləzzətli yemək?

- Ssenariyə görə, süfrədən başlayıb yataqda bitməlidir. Amma hər rejissorun da öz fantaziyası da olmalıdır axı.

- Səhv edəndən sonra peşmançılıq çəkirsiniz, yoxsa nə eləmişəm əcəb eləmişəm deyirsiniz?

- Yox! Qırmızı adam deyiləm. Səhvlərimi hər zaman ən azı, özümə etiraf edirəm.

- Düşdüyünüz dilemmalardan necə çıxırsınız?

- Uzun-uzadı beyin zorlanması əməliyyatları ilə... Tərəzilər dilemma qarşısında çox çarəsiz görünürlər.

- Müəllifi olduğunuz mahnılar məşhur olmasa idi, yazmağa yenə davam edərdiniz?

- Əlbəttə, sevdiyim məsələlərdə inadkaram. Gözəgörünməz qüvvələri köməyə çağırıram.

- Bu işin maddi tərəfini daha çox düşünürsünüz, ya xit olmasını?

- Mənim üçün hər iki tərəfi vacibdir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm