Qadın
Qoxular arıqlamağa kömək edir
Arıqlamağa çətinlik çəkən qadınlara yaxşı xəbər var. Belə ki, sən demə, uçucu yağlar arıqlamağa kömək edirmiş. Qadınlar arasında artıq çəki ilə mübarizə aparanların və üsullarının sayı sürətlə artır. Pəhriz və idmanla yanaşı, yeni üsul təklif olunur. Belə ki, aromaterapiya bu sahədə özünü göstərməyə başlayıb. Bitkilərin möcüzəli köklərindən düzəldilən yağlar olduqca faydalıdır. Onların bəziləri aclıq hissini öldürür. Əslində, aromaterapiya ilə müalicə üsulunun tarixi çox qədimlərə gedib çıxır. Hippokrat aroma yağları ilə masaj üsulundan geniş istifadə edirdi. Aromaterapiya - bəsit mənada, tənəffüs sistemi, ya da dəriyə təmas edərək fizioloji və psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün bitki mənşəlli vasitələrin və uçucu yağların istifadəsi deməkdir.
Arıqladan duş - Aromaterapiyanın ən məşhur üsullarından biri qoxulu yağlarla isti vanna qəbul etməkdir. Bəs yaxşı hansı yağlar çəki atmağa kömək edir?
Sitrus meyvələri uçucu yağları, ardıc yağı, selvi və razyana yağları arıqlamağa kömək edir. Duş qəbul edən zaman vannaya bu yağlardan birini əlavə edin. Sitrus meyvələri arasında limon və portağal yağı arıqlamağa ən çox təsir göstərən yağlardır. Maddələr mübadiləsinin yaxşılaşması və sürətlənməsi üçün paçuli, nanə və limon yağı əhəmiyyət daşıyır.
Kəskin qoxulu nanə
Nanə tərkibli yağlar sadəcə, çəki atmağa yardım etmir, eyni zamanda bütün bədənə müsbət təsir göstərir. Belə ki, gündəlik keçirdiyiniz gərginliyi və yorğunluğu üzərinizdən atır. Nanə və lavanda yağını qoxladığınız və alına masaj edildiyi zaman miqren ağrılarını aradan qaldırır, xoş təəssürat buraxır. Qreyfurt, ətirşah və selvi sidik kisəsinə faydalı olan yağlardır. Yasəmən qoxuları, çobanyastığı və lavanda yuxusuzluğu aradan qaldırıb, sinirləri sakitləşdirir.
Tənəffüs terapiyası ilə iştahanı azaltma
Bu qoxuları buxar yolu ilə də “uda” bilərsiniz. Aromaterapiya yağları istifadə etməyin başqa yolları da var. Onları buxar vasitəsilə qarışıq olaraq istifadə edə bilərsiniz. Məsələn, darçın, vanil, yaşıl alma kimi qarışıq yağlardan qaynadılmış suya bir neçə damcı əlavə edin. Daha sonra həmin buxardan nəfəs alaraq iştahanızı azalda bilərsiniz.
Publika.Az
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)