Qadın
Ayaqları uzun və arıq göstərən stillər - FOTOLAR
Hansı qadın istəməz ki, uzun və cazibəli ayaqları olsun... Təəssüf ki, bütün qadınların bəxti gətirmir. Amma bir neçə gözəllik hiyləsi ilə bu kiçik qüsuru ört-basdır etmək olar. Hətta ayaqları uzun göstərməyin də yolları var. Dizaynerlərin bitib-tükənməyən fantaziyaları bütün bədən tiplərini nəzərə alıb. Publika.Az-ın qadın bölməsi ayaqları uzun göstərən dəb və gözəllik hiylələrini araşdırıb.
Ət rəngi ayaqqabılar geyinin. Bu mənada xanımları şanlı hesab etmək olar. Çünki ət rəngləri bu mövsüm çox dəbdədir. Bu rəngli ayaqqabı tapmaq da çətin deyil. Lakin ayaqqabı dərinin rəngi ilə eyni tonlarda olmalıdır. Bu fason ayaqqabılar hündür daban olmasa da, olar. Ət rəngi ayaqqabıların bir üstünlüyü daha var. Belə ki, onlar istənilən geyimlə uyğunlaşır.
Ayaqlarınızı bronzlaşdırın. Qarderobunuzda qısa ətəklər və şortlar çoxluq təşkil edirsə, ayaqlarınızı uzun göstərmək üçün bronzer (bronzerin əsas məqsədi günəşə çıxmadığınız halda dərini qaralmış kimi göstərməkdir) istifadə edə bilərsiniz. Bronzer ilə parlayan və qaralan hamar ayaqlar daha uzun görünür. Əgər bronzlaşdırıcı istifadə etmirsinizsə, ayaqlarınıza çəkdiyiniz nəmləndirici kremin içinə bronz rəngli göz kölgəsi də əlavə edə bilərsiniz.
Şalvar və ayaqqabıları eyni rəngdə geyinin. Onların eyni tonlarda olması vacibdir. Bu zaman ayaqlar daha zərif görünür. Ətək geyindiyiniz zaman corab və ayaqqabılar eyni tonlarda olarsa, ayaqlar uzun və arıq görünər. Bu stil bəsit olsa da, çox eleqantdır.
Balaqları enli olan şalvarlar geyinin. Qarderobunuza balaqları enli olan şalvarlar əlavə etməyi, unutmayın. Bu şalvarları hündür daban ayaqqabılarla (tanketka) tamamlayın. Balaqların ayaqqabının dabanı ilə bərabər olmasına fikir verin.
Tünd rənglərdən qorxmayın. Açıq rənglər ayaqları olduğundan daha qalın, dolayısı ilə qısa göstərir. Buna görə də, tünd rəngli şalvar və lasinləri qarderobdan əskik etməyin. Qısa ətək və şort geyindiyiniz zaman tünd rəngli corablar ən böyük xilaskarınız olacaq.
Yüksək belli geyimlər alın. İstər ətək, istərsə də şalvar və şort alarkən belinin yüksək olmasına diqqət edin. Belə ki, yüksək belli parçalar da ayaqları olduğundan uzun göstərir.
Həndəsi kəsimlər də ayaqları uzun və arıq göstərə bilir. Üstəlik hündür daban ayaqqabı geyindiyiniz zaman təsiri güclənir.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)