Qadın
Üz quruluşunuza hansı eynək yaraşır? - FOTOLAR
Yay fəslinin ayrılmaz aksesuarlarından biri Günəş eynəkləridir. Havalar istiləşən kimi xanımların çoxunu eyni sual düşndürür: “Necə, hansı formalı eynək seçməli? Üz quruluşuma uyğun eynəyi necə tapmalı?” Bu və digər suallara cavab tapmaq istəyən xanımlar üçün bir neçə məsləhətimiz var.
Günəş eynəkləri gözləri günəşin zərərli təsirlərindən qoruduğu kimi, eyni zamanda aksesuardır, gözələ çalar verir. Təbii ki, hər kəsin üz quruluşu bir-birindən fərqlənir. Ancaq ümumi olaraq üz quruluşu yumru, oval, dördbucaq, üçbucaq və uzun olmaq üzrə beş tipə ayrılır. Əgər Günəş eynəyi seçməkdə çətinlik çəkirsinizsə, aşağıdakı məlumatlar sizin üçün yardımçı ola bilər.
Yumru üz - Yumru üz quruluşuna malik insanlar geniş yanaqlara sahib olur, üzün uzunluğu ilə eni az qala bir-birinə bərabərdir. Yumru üz quruluşu olan insanlar yumru çərçivəli eynəklərdən uzaq durmalıdır. Üzə bir az uzunluq qatmaq və daha zərif görünməsini təmin etmək üçün küncləri çox kəskin olmayan dörd bucaq şəklindəki eynəklər daha uyğundur.
Dördbucaq üz - Dördbucaq üzlü insanlarda çənə sümükləri nəzərə çarpır və üzü əhatə edən saç xətti ilə sanki dördbucaq bir görkəm yaradır. Bu tip üzünə daha yumşaq ifadə vermək üçün yumru çərçivəli eynəklər seçə bilərlər. Bundan başqa daha kiçik çərçivələr üzü daha uzun göstərir.
Uzun üz - Uzun üzlü insanlarda almacıq sümükləri uzun və düz olur. Buna görə də üzü həcmli və dolğun göstərən eynəklər seçmək lazımdır. Yumru və böyük çərçivələr ola bilər.
Üçbucaq üz - Üçbucaq formasında üzü olan insanlar dar çənə və yüksək almacıq sümüklərinə malikdirlər. Bu tipdə ən səhv seçim qalın və sərt xətli çərçivələrdir. Pişik formalı eynəklər, oval və ya çərçivəsiz eynəklər uyğun ola bilər. Üst hissəsi daha geniş, alt hissəsi isə daha dar olan eynəklər bu tipə çox yaraşır.
Oval üz - Oval üzlü insanlar daha geniş eynək seçmək şansına malikdirlər. Bu insanlara böyük şüşəli modellər çox yaraşır. Eyni şəkildə dördbucaq şəklindəki çərçivələr, incə və ya çərçivəsiz eynəklər də yaraşır.
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?












.jpg)























