Qadın
Cazibədar məşhurların qırmızı dodaqlarından ilham alın - FOTOLAR
Hər qadının makiyaj çantasında və qəlbində qırmızı pomadanın xüsusi yeri var. Çünki məhz bu rəngli dodaq boyası qadın simasına parlaqlıq bəxş edib, onu daha cəlbedici və gözəl göstərməyə qadirdir. Qırmızı pomadanın sehrli xüsusiyyətindən xəbərdar olan məşhurlar da ondan vaz keçmir.
Publika.az qırmızı dodaq boyasını sevən dünya ulduzlarının siyahısını təqdim edir.
Ancelina Coli

Dolğun dodaqlar Ancelina Colinin sayəsində dəbə minib. Colinin təbii və dolğun dodaqları hər qadının içindəki kiçik qısqanclıq qığılcımlarını alovlandırır. Çoxları kosmetoloji müdaxilə ilə dodaqlarını böyütsə də, etiraf etmək lazımdır ki, onların heç biri aktrisanın təbii dodaqları ilə müqayisə oluna bilməz! Ancelina Coli qırmızı rəngli dodaqları ilə göz oxşayır.
Monika Belluççi

Monikaya görə çox makiyaj qadını daha da çirkinləşdirir, amma qırmızı dodaq boyasını istisna edir. Yaxşı da edir, çünki makiyajla arası olmayan aktrisanı qırmızı pomadasız təsəvvür etmək mümkün deyil!
Merilin Monro

Merilin kişiləri ovsunlamağı yaxşı bacarırdı. O, gözəlliyini vurğulamaq istədikdə dodaqlarını qırmızıya boyayardı. Əfsanəvi aktrisanın mərmər kimi ağappaq parıldayan dərisi və sarı saçlarının fonunda qırmızı dodaqları möhtəşəm görünürdü. Odur ki, qırmızı dodaq boyalarını sınamaq üçün çox düşünməyin, Merilindən daha yaxşı ilham mənbəyi ola bilməz! Kim bilir bəlkə siz də onun kimi öz yoldaşlarınız arasında qırmızıya boyanmış dodaqlarınızla gözəllik ikonası adına layiq görüldünüz...
Mayli Sayrus

Mayli Sayrus həmyaşıdlarından fərqli olaraq yaşa dolduqca daha zövqsüz geyinir. Lakin onun karyerasının pik mərhələlərində hər kəsi valeh edən qırmızı dodaqları hələ də unudulmayıb. Siz də onun kimi paltarınıza uyğun tonda bir qırmızı pomada seçib qəlbləri fəth etməyə hazırlaşın!
Keti Perri

Mavi gözlü Keti də qırmızı pomada vurğunudur. Çılğın ruhlu müğənni bənövşəyi saçlarına baxmayaraq, qırmızı istifadə etməkdən çəkinməyib. Siz də saç rəngini özünüzə dərd etmədən qırmızıya üstünlük verə bilərsiniz.
Rihanna
Qısa saçların qadını kişiyə oxşatdığını deyənlər yəqin ki, qırmızı pomadanın gücündən xəbərsizdir. Bəli, qırmızı pomada qısa saçlı xanımları inanılmaz dərəcədə zərif göstərməyə qadirdir. Bunun ən yaxşı nümunəsi isə Rihannadır.
İrina Şeyk

Rusiyalı modeli bu siyahıya daxil etməmək günah olardı. Belə dodaqları qırmızıdan başqa rəngdə təsəvvür etmək mümkün deyil.
Adriana Lima

Braziliyalı model etiraf edir ki, qırmızı boyası çəkəndə özünü daha güclü hiss edir. Adrinanın sözlərinə qətiyyən etina etməyin, qırmızı pomada həqiqətən də qadının özgüvən hissini artırır.
Teylor Svift

Sevgililərini əlcək kimi dəyişməsi xəbərləri ilə tez-tez gündəm yaradan Teylor stilinin ayrılmaz hissəsi qırmızı pomadadır. Teylor Sviftin cəsarətli rəngə boyanmış dodaqları dünyanın bütün qadınlarına ilham verir desək, yanılmarıq.
Beyonse

Əsmər qadınların ürəyini sıxmasına ehtiyac yoxdur. Qırmızı istənilən dəri rəngi ilə uzlaşır və üzə canlılıq bəxş edir. Məsələn, Beyonse tünd rənginə sahib olmağına baxmayaraq, qırmızı pomadanı böyük məmnuniyyətlə istifadə edərək dəri rənginin önəmli olmadığını göstərir.
Viktoriya Bekham

Dəri şalvar və ya ətəyi qırmızı dodaq boyasından daha effektli heç nə tamamlaya bilməz. Viktoriya Bekhemın bu kombinindən nümunə almağa dəyər.
Cennifer Lopez

Cennifer Lopez maksimum seksual görünməyə iddialı olan məşhurlar cərgəsinə aiddir. Təsadüfi deyil ki, dünya ulduzu qırmızı pomadanın istənilən çalarını sınaqdan keçirib. O, paltarının dekoltesinə və zidd rənginə baxmayaraq, qırmızıdan imtina edə bilmir. Və bu, onda əla alınır.
Bleyk Layvli

Stil ikonasını qırmızı pomadasız təsəvvür etmək mümkün deyil.
Cennifer Lourens

Sarışın aktrisa da qırmızı dodaq boyası pərəstişkarları arasındadır.
Selena Qomez

Selenanın dolğun dodaqları ona qırmızının istənilən çalarını sınaqdan keçirməyə imkan verir.
Kara Delevin

Qalın və alışmamış qaşlarla da gözəl görünə biləcəyini nümayiş etdirən model qırmızı xalıya çıxanda dodaqlarını qırmızıya boyayır.
Natali Portman

Məşhur aktrisa elə də dolğun dodaqlara malik deyil. Lakin bu amil ona “Dior”-un qırmızı boyasının reklamında çəkilməsinə mane olmayıb.
Enn Heteuey

Enn Heteueyin qırmızıya boyanmış dolğun dodaqları da bir çox qadının ilham mənbəyidir.
Türkan Şoray

Qırmızı pomadanın gücünü kəşf edənlərdən biri də türk kinosunun əfanəsi Türkan Şoraydır. Aktrisa makiyajda qırmızı pomadanı heç nə ilə əvəz etmir.
Ebru Gündəş

Ebru Gündəş cəsarət məsələsində Hollivud ulduzlarından geri qalmır. Müğənni cəlbedici göz makiyajını qırmızı pomada ilə tamamlamağı xoşlayır.
Neslihan Atagül

Neslihan Atagülün makiyaj ilə arası heç yaxşı olmasa da, qırmızı dodaq boyasına laqeyd qala bilmir. Sadəlik tərəfdarı olan aktrisa darıxdırıcı görünməmək üçün qırmızı dodaq boyasının gücünə arxalanır.
Aygün Kazımova

Siyahının ən yaxşı nümunələrindən biri də xalq artisti Aygün Kazımovadır. Müğənninin dolğun və həcmli dodaqları ona qırmızının hər tonlarını eksperimentdən keçirməyə dəyər. Belə dodaqlara kim biganə qala bilər axı...
Aytən
-
Yaxın Şərq10:21ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi bazaları vuruldu
-
Region09:10İstanbulda terror oldu
-
İdman08:00DÇ-2026: Argentina İordaniyanı məğlub etdi - YENİLƏNDİ
-
Ekologiya07:17Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin106:16Günel hindistanlı həyat yoldaşı ilə belə dincəlir - FOTO
-
Mətbəx05:45Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu maddə də faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü














.png)























.jpg)