Qadın
Rəqs edən milyarderin həyat yoldaşı haqqında 8 maraqlı fakt - - FOTOLAR
“Rəqs edən italiyalı milyader” ləqəbi ilə məşhurlaşan Canluka Vakkinini ikinci həyat yoldaşı ən az əri qədər diqqət mərkəzindədir. İlk növbədə ona görə ki, milyarderin sosial şəbəkələrdə məşhurlaşmasında onun da payı var. Məlum videoda italiyalı iş adamını onun xanımı Corciya Qabriela müşayiət edirdi.
Publika.az Corciya Qabriela haqqında maraqlı faktları təqdim edir.
1. Corciyanın 30 yaşı bu yaxınlarda tamam olub. O, əslən İtaliyanın balaca şəhərciyi Sorodandır.

2. Corciya rəqqasə olmazdan əvvəl biznes və iqtisadiyyat üzrə təhsil alıb.

3. Corciya öz ölkəsində rəqqasə kimi çox məşhurdur. O, italyan jurnalların üz qabığını bəzəyib.

4. Bu yaz Corciya "Wandering" brendi altında hazırladığı payız-qış geyim kolleksiyasını Milanda təqdim edib.

5. Corciya ilə tanışlıqdan sonra Canluka “pleyboy” (arvadbaz) həyatdan imtina etdi və hətta ona döymə həsr edib. Yeri gəlmişkən qeyd edək ki, italiyalı milyonçu Qabriela Corciya ilə tanış olana qədər çoxlu sayda münasibətləri olub.

6. Corciya idmanla mütəmadi məşğul olur.
7. Canluka ilə tanış olana qədər Qabriela tanınmış futbolçu Marçello Lippi ilə sevgili olub.

8. 30 yaşlı Corciya Qabriela milyarderin həyatında yeganə qadın deyil. O, iki qadın ilə yaşadığını etiraf edib. 49 yaşlı iş adamının sözlərinə görə, onlar üçlükdə - keçmiş və indiki həyat yoldaşı ilə artıq neçə ildir ki, birlikdə yaşayır. Canluka bunun onların ümumi qərarı olduğunu və indiki həyat yoldaşının onu keçmiş arvadı Raffaelle Cardoya qətiyyən qısqanmadığını bildirib.

Aytən
-
İKT21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi
-
ABŞ21:12Paşinyan Sinirlioğlu ilə hansı məsələləri müzakirə edib?
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi



































