Qadın
Epilyasiyanın zərərləri və faydaları
Qadınların ən önəmli məqsədi estetik görkəmə sahib olmaqdır. Bunun üçün də xoşagəlməz tüklərdən xilas olmaq qadınların ən böyük gözəllik arzularından biridir. Tüklərdən xilas olmağın müxtəlif yolları var. Yay aylarının yaxınlaşdığını nəzərə alaraq epilyasiyanın növləri haqqında əsas məlumatları verəcəyəm.
Mexaniki - Bu metod “dədə-baba” üsuludur. Buna baxmayaraq bu metoddan bəzən indi də istifadə olunur.
Müsbət: Belə epilyasiya nəticəsində insan orqanizminə heç bir kimyəvi maddələrlə təsir göstərilmir.
Mənfi: Tüklərin qoparılaraq çıxarılması nəticəsində qoparılmış tükün yerində iltihab baş verir.
Kimyəvi - Kimyəvi metodlara bir sıra maddələr daxildir: kremlər, mazlar və s.
Müsbət: Tezbazar istənilən nəticəni əldə etmək olur, ev şəraitində də tətbiq etmək mümkündür.
Mənfi: Belə maddələrdən bəziləri dəridə kimyəvi yanıqlara səbəb ola bilər.
Elektroepilyasiya - Elektrik cərəyan ilə tüklərin kökünə təsir göstərilir.
Müsbət: Tükləri uzun müddətə və ya həmişəlik məhv edir. Bu proses insan orqanizmindən asılıdır.
Mənfi: Prosedur ağrılı və uzunmüddətlidir. Bəzən dəridə yüksək qıcıqlanmalara səbəb olur.
Bioepilyasiya - Parafinlə(vosk) epilyasiya
Müsbət: Müvəqqəti olaraq tüklərdən azad olmaq üçün yaxşı üsuldur. Qısa müddət ərzində böyük nahiyələrdən tüklər təmizlənə bilir.
Mənfi: Müvəqqəti effekt. Eyni metodla yenidən tüklərdən azad olmaq üçün tüklərin müəyyən uzunluğadək uzanmasını gözləməlisiniz.
Lazer epilyasiyası - Lazer şüalarıyla tüklərin kökləri məhv edilir.
Müsbət: Prosedur ağrısızdır.
Mənfi: Lazer epilyasiyası tüklərinin rəngi dərisinin rəngindən açıq rəng çalarlarında olan xanımlara uyğun deyil.
Fotoepilyasiya - Pasienti xüsusi aparat vasitəsilə şüalandırırlar.
Müsbət: Prosedur ağrısızdır. Bu metod vasitəsilə rəngindən, nazik və ya cod olmasından asılı olmayaraq bütün tüklərdən azad olmaq mümkündür.
Mənfi: Bu tip epilyasiya nəticəsində dəridə müxtəlif allergiyalar, iltihablar və həmçinin dəridə müəyyən hissələrdə rəngsizləşmələr baş verə bilər.
-
Ekopublika.az07:15Ev almaq istəyənlər üçün vacib açıqlama - Bu tarixləri gözləyin!
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır

















.jpg)




















