Qadın
Bir vaxtlar üzündən utanan qız gözəllik kraliçası olacaq - FOTOLAR
Dişlərində anadangəlmə gələn əyrilik olan 20 yaşlı Vura Cons indi də gözəllik kraliçası olmaq üçün mübarizə aparacaq.
Publika.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 8 yaşından bəri çənəsi inkişaf etməyən Vuranın dişləri biçimsiz şəkildə uzanıb. Qızın ailəsi onun dişlərini yalnız 14 yaşında düzəltdirməyə nail olub. Çənəsində və üzündəki əyriliyi düzəlməsi üçün Vura düz 6 il müalicə alıb.
Onu da qeyd edək ki, Vura 16 yaşında ilk əməliyyatını keçirdikdən sonra uzun bir müddət danışmayıb. Üzündəki əyriliyi düzəltdirmək üçün Vuranın çənəsi üfüqi və şaquli şəkildə kəsilib. 1 ay ərzində təkcə maye bəslənən gənc qız istəklərini dəftərə yazmaqla ünsiyyət qura bilib.
Hər halda bu qədər əziyyətin nəticəsi də inanılmaz olub. Belə ki, "çirkin ördək balası" gözəl bir ququşuna çevrilib. Qızın əvvəlki və sonrakı fotoları həm sosial şəbəkələrdə, həm də dünya mətbuatında böyük maraqla qarşılanıb. Vura indi gözəllik müsabiqəsinə qatılmağa qərar verib. O, müsabiqəyə seçilənə qədər ailəsinə heç nə deməyib. Bir vaxtlar görüntüsündən utanarkən indi Uelsin ən gözəl qadını seçilməyi gözləyir.
Vura “Ellie” jurnalına verdiyi açıqlamada dişlərindən çox utandığını etiraf edib: “İndi özümü tamamilə başqa biri kimi hiss edirəm. Özümə güvənim gəldi".
Aytən
-
Maraq dünyası10:16Səhrada möcüzə olmayacaq: “The Line” layihəsi donduruldu
-
Maraq dünyası09:58İtaliyadakı qədim xəritədə də Nuhun gəmisinin yeri göstərilib: Oradadır
-
Magazin209:00Şəxsi kosmetika brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
İdman08:48Dünya Kubokunda Ebola əngəli - Yoldaşlıq oyunu ləğv edildi
-
Region08:00Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər
-
Səhiyyə07:30Bu dərmanlar döş xərçəngi riskini azaldır
-
Magazin106:16Röya Ayxan oğlunu tez evləndirmək istəyir
-
Magazin103:13Tacir qalmaqallı görüntüsündən danışdı: - “Baldırım açıq deyildi"









































