Qadın
Şakira kimi cazibədar bədənə sahib olmağın yolları
May ayını da yola salıb, yayı qarşılamağa hazırlaşan xanımları eyni sual düşündürür. “Nə edim ki, daha tez arıqlaya bilim?”. Yay mövsümündə paltarlar açıq olduğu üçün artıq çəkiləri gizlətmək çətin olur. Yəni, gözəl görünmək üçün yediyinə-içdiyinə ciddi fikir vermək gərəkir. Bunun üçün bir neçə yol var. İstədiyinizə tez nail olmağın ən asan yolu sağlam pəhriz, idman və çoxlu su qəbul etməkdir. Şakira isə hesab edir ki, sağlamlığa fikir vermək xoşbəxtliyin açarıdır. O, özünü yaxşı hiss etmək və əhval-ruhiyyəsini qaldırmaq üçün rəqsin gücündən bəhrələnir.
Publika.Az-ın qadın bölməsi Şakiranın dümdüz qarnının sirlərini açacaq.
Qadınlar gözəllik və xoşbəxtliyi axtarmaq üçün çətin yollardan keçir: idman edir, rəqs edir, sağlam qidalanmağa çalışır. Sağlamlığına fikir verən insanların daxili sağlamlığı onun zahirində də əks olunur. Dolayısı ilə gözəl görünmək və xoşbəxt olmaq üçün idman və düzgün qidalanmaq əsas şərtdir.
Düz qarın və ideal bədən quruluşuna sahib olmaq üçün həzm sisteminiz yaxşı işləməlidir. Buna görə də, gündəlik qida rasionunuza qatıq, qoz, badam, taxıllı qidalar, zəncəfil və başqa ərzaqlar daxil edin. Xüsusən də təbii tərkibli qatıqlar 15 gün ərzində mütəmadi olaraq yeyilərsə, qarındakı şişkinlik, qəbzlik kimi problemlər aradan qalxır.
Gəzintiyə çıxın, idman edin, rəqslə məşğul olun. Bunlar insan sağlamlığı üçün çox faydalıdır. Bədəninizin yaxşı forma ala bilməsi üçün rəqsin xüsusi yeri var. İdman etməyə tənbəllik edirsinizsə, əyləncəli arıqlamaq üsullarına müraciət edin. Evdə sevdiyiniz musiqi sədaları altında doyunca rəqs edin. Rəqs təkcə arıqlama kömək etmir, eyni zamanda içinizdə yığılıb qalan bütün stressi və gərginliyi sizdən uzaqlaşdırır.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım




































.jpg)

