Qadın
Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI
Publika.az prezident xanımlarının mətbuata verdiyi müsahibələrdən ən yaddaqalan sitatları təqdim edir:
"Qadınlar iki yerə ayrılır-dünyanı idarə etmək istəyənlər və dünyanı idarə edən kişiyə sahib olmaq istəyənlər", - Jaklin Kennedi;
“Hər gün səni qorxudan bir iş görmək lazımdır", - Eleonora Ruzvelt;
"Heç kim öz razılığınız olmadan sizdə natamamlıq hissi yarada bilməz", - Eleonora Ruzvelt;
“Hər istədiyini etməyə meylli olmağın əleyhinəyəm. Hər cür sərbəstlik insanı azad etmir. Həyatın mənası bundan ibarət deyil. Əminəm ki, prinsip etibarı ilə sərhədsiz azadlıq ola bilməz. Artist və görkəmli siyasətçinin həyat yoldaşı kimi hesab edirəm ki, qarşımda bir neçə məhdudiyyət, eləcə də hərdənbir poza biləcəyim əhəmiyyətsiz qaydalar olmalıdır”, - Karla Bruni;
“Kişi qadının qəlbində də, yatağında da həmişə birinci olmaq istəyir. Qadın isə hər zaman sonuncu olmaq arzusundadır”, - Karla Bruni;
“Hər məsələdə ideal olmağa can atmaq lazım deyil, əks halda sonsuzadək əzab çəkəcəksən”, - Karla Bruni;
“Biz hər zaman yadda saxlamayıq ki, həyata pozitiv tərəfdən baxmaq lazımdır, gündəlik xeyirxah əməllər möhkəm sağlamlığın zəmanəti ola bilər”, - Hillari Klinton;
“Tənqidə ciddi yanaşmaq vacibdir, lakin onu ürəyinə yaxın qəbul etmək lazım deyil”, - Hillari Klinton;
“Tam iş günü anayam. Bu, mənim birinci və ən vacib vəzifəmdir”, - Melaniya Tramp;
“Siyasətlə məşğul olmamağa üstünlük verərdim. Bu, ərimin işidir”, - Melaniya Tramp;
“Xoşbəxtlik yoluxucu olmalıdır. Əgər xoşbəxtsənsə, onu başqaları ilə də paylaş”, - Lyudmila Putina;
“Ölkəmizdə imtiyazlı şəxs – yalnız uşaqlardır!”, - Eva Peron;
“Fanatizmsiz heç nəyə nail olmayacaqsan”, - Eva Peron;
“Hətta prezidentin həyat yoldaşı olsa belə, o, ilk növbədə qadın, ailədə sevgi və sülhün təminatçısıdır”, - Mehriban Əliyeva;
“Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır”, - Mehriban Əliyeva;
“Həyatda ən vacib iş səni yaxşı edən insanları tapmaqdır”, - Mişel Obama;
“İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız. Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim”, - Mişel Obama;
"Düşünürəm ki, haşiyədən kənara çıxmaq mənim ən yaxşı üstünlüyümdür. Bu, daim ərinin həyatı ilə yaşayıb, onun işi ilə nəfəs alanda sənə çox kömək edir. O, yumruğunu masaya vurmaq üçün evə gəlir, axı yazıq kişi də nə cürsə dincəlməlidir", - Jaklin Kennedi;
"Əlbəttə ki, nəsə bir sirr var. İki insanı birləşdirən cazibə qanunu və hisslərin sirri. Bu sirr heç bir məhkəmə və elmi qanunlara tabe deyil. Nə yaxşı ki, dünyada gizli nəsə var", - Raisa Qorbaçova;
“Mən heç vaxt və heç bir halda məhkumluqla barışa bilmərəm”, - Raisa Qorbaçova.
Aytən Məftun
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar





































