Qadın
Bu modelin 63 yaşı olduğuna İNANMAQ olmur - FOTOLAR
Kristi Brinkli növbəti rekorda imza atıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 63 yaşlı Brinkli “Sports Illustrated” jurnalının xüsusi sayına bikinidə poza verən ən yaşlı model olub.

Üç uşaq sahibi olan Kristi Brinkli jurnalın bu ilki sayı üçün iki qızı ilə birlikdə obyektiv qarşısına keçib. O, 31 yaşlı qızları Aleks Ray Joel və Sailor Brinkli Kuku ilə birlikdə ən xoşbəxt çəkilişini həyata keçirib. Yeri gəlmişkən qeyd edək ki, model sonuncu övladını 44 yaşında dünyaya gətirib.

Yəqin ki, bu gözəl qadının şəklinə nəzər saldıqda hər kəsi formasını necə saxlaya bilməsi sualı düşündürür. Hər şey çox sadədir. Bu yaşında da "Sports Illustrated" kişi jurnalının üz qabığını bəzəməkdə Kristiyə vegetrian olması kömək edir. O, cavan qalmasını sağlam qidalanması, idman və genetikası ilə bağlayır:
"Mən heç vaxt plastik əməliyyat etdirməmişəm, lakin qocalma prosesini ləngidən bir çox digər proseduralardan keçirəm. Ayda bir dəfə dermatoloqa müraciət edir, baxımlı olmağa çalışıram".
Valehedici xanım gözəllik sirrinin ürəkdən gələn təbəssümü olduğunu deyir və əminliklə əlavə edir ki, nikbinlik insanı cavan saxlayan ən mühüm amildir. Brinkli gənc görünmək istəyən xanımlara müdrikcəsinə deyir:
“Tez-tez gülümsəyin! İnanmıram ki, yaş məni xarakterizə edə bilər. Hesab edirəm ki, insanın özünü hansı yaşda hiss etməsi çox böyük rol oynayır”.
Qeyd edək ki, Kristi Brinkli "Sports Illustrated" jurnalının üz qabığına ilk dəfə 1980-cı ildə çəkilib.
Aytən
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
















.jpg)






















