Qadın
Kölələrin ölümlə rəqsi: 700 min qız niyə öldürüldü?– Kişi olmaq istəyən QADINLAR
Müasir dünyada qadın hüquqları inkişaf etsə də, hələ də
zərif cinsin nümayəndələrinin ikinci dərəcəli insan kimi qəbul
edildiyi yerlər var. Xüsusilə Yaxın Şərqdə və Afrika ölkələrində
anadan kişi doğulmaq ən böyük xoşbəxtlik sayılır.
Publika.az xəbər verir ki, dünyanın 5 ölkəsi qadın
hüquqlarının dəhşətli dərəcədə pozulduğu yerlər siyahısına liderlik
edir.
İraq: “seks kölələri”
Vaxtilə bu ölkə savad səviyyəsinə görə ərəb dünyasına liderlik
edirdi. Lakin Səddamı asandan sonra iraqlıların da qara günləri
başlandı. Bu gün valideynlər qızlarını məktəbə getməyə qoymurlar.
Onlar qızlarının yolda zorlanmasından, yaxud oğurlanaraq İŞİD-ə
satılmasından qorxurlar.
Terrorçular tərəfindən qadınların oğurlanması İraqda adiləşib.
Əsas məqsəd “seks köləliyi”dir. Əsir qadınlar, həmçinin, 9-12 yaşlı
qızlar baraklarda saxlanılır. Bu baraklar tamamilə anti-sanitariya
vəziyyətindədir. Onlar təcavüzə məruz qalırlar və istənilən vaxt
satılırlar. Xüsusilə gənc qızlar daha çox əzab çəkir. Bir çoxları
terrorçuların istədiyi kimi “seks köləsi”nə çevrilməklə
razılaşırlar. Bu daha rahat yaşamaqla yanaşı, qayıtmağa yerlərini
olmaması ilə də bağlıdır. Çünki yerli qanunlar nikahdan öncə
kiminləsə cinsi əlaqəyə girməyi qəbul etmir. Buna görə də qızlar
hətta qaçmağı bacarsalar belə, ailələri tərəfindən qəbul
edilmirlər.
Pakistan: döyülmə, öldürülmə və...
Bu ölkədə işgüzar xanımlarla qarşılaşmaq olar, lakin bu, nadir
hallarda baş verir. Qadınların 82 faizi evdar qadındır.
Əgər bir qadının ailəsində, yaxud qohum-qardaşında cinayət edən
olursa, həmin qadın da günahkar sayılır. Pakistanda nikahla bağlı
qanun yoxdur. Qadınlar ərləri tərəfindən öldürülə, döyülə, hətta
üzlərinə turşu da atıla bilər. Buna adətən müdaxilə edilmir.
Hindistan: aşağı kastadakı it
Əhalisinin sayına görə Çindən sonra dünyada ikinci olan Hindistanda
qadınların həyatı əsl cəhənnəmdir. 70 faiz qadın ailədə, yaxud
küçədə təcavüzə məruz qalır. Hər 22 dəqiqədə ölkədə bir cinayət
törədilir. Sıralanmaya görə, təcavüz cinayətlər arasında dördüncü
yerdədir. Bəziləri deyirlər ki, “Hindistanda qadın aşağı kastadakı
itlərdir”.
XX əsrdə bu ölkədə 100 milyon qadın insan alverinin qurbanı
olub, 50 milyon qız ölüb. Hind adətlərinə görə, qız ərə gedərkən
ona cehiz vermək lazımdır. Buna görə də ailədə qızlar arzuolunmayan
övladdır. Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ildə 700
min uşaq qız olduğu üçün abort etdirilir. Orta statistik hind
qadının həyatının mənası ailədir: uşaqlar və ər. Lakin son vaxtlar
qadın hüquqları haqda tez-tez danışmağa başlayıblar. Əhali arasında
hakimiyyətə qadınların hüquqlarının qorunması üçün çağırışlar edir
və təcavüzlərə qarşı mitinqlər keçirilir.
Somali: hamiləlik – ölümlə rəqs
Bura qorxunc yerdir, xüsusilə qadınlar və uşaqlar üçün. Qızlar uşaq
vaxtı sünnət edilir. Hansı ki, həmin vaxt çoxsaylı ölüm hadisələri
də baş verir, yaxud anti-sanitariya vəziyyətinə görə ciddi
infeksiyalara yoluxurlar.
Somalidə qadınlar üçün hamilə qalmaq dəhşətli haldır. Tibbi
yardım olmadığı üçün doğuş zamanı ölüm sayı həddindən artıq çoxdur.
Bu ölkədə hamilə qadınların 50 faizi doğuş zamanı ölür. Cəmi 9 faiz
somalili qadın doğuşu xəstəxanada edir, yerdə qalanların hamısı isə
bunu ev şəraitində edirlər.
Misir: qızlara qoyulan sevgi qadağası
Bu ölkə qadınların cinsi istismarı ilə məşhurdur. Burada nikah
vacibdir. Misirli qızın ər seçmək hüququ yoxdur.
O, yalnız onun üçün seçilən şəxslə ailə qurmalıdır. Əgər hansısa misirli qız başqa dindən olan biri ilə yaşasa, yaxud azad şəkildə ailə qursa, bu, onun üçün yaxşı nəticələr verməyəcək. Belə olarsa, doğulmuş uşaq tərbiyə üçün müsəlman kişiyə verilir, qadını nəyin gözlədiyi isə məlumdur. Ya ölüm, ya da qovulma.
Asif
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye