Qadın
"Alla Puqaçova məni yox, mən onu yoldan çıxartdım"
Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin sevdiyi xanımın ürəyini necə oğurladığı haqqında danışıb.
Publika.Az Rusiya mətbuatına istinadən Qalkinin həyat yoldaşı haqqında danışdığı müsahibəni təqdim edir:
“Mən sevincdən vəcdə gəlirəm. Uşaqlarla əylənməyi xoşladığım üçün onları hər yerə aparıram. Artıq uşaqları sevindirməyi və güldürməyi də öyrənmişəm. Onlara mahnı qoşuram, əyləndirmək üçün tullanıb-düşürəm və buna inanılmaz dərəcədə çılğın reaksiya verirlər. Ümumiyyətlə, hesab edirəm ki, bizim uşaqlarımız öz yaşlarına görə, çox ağıllıdır. Səfərlərdə və səyahətdə olanda mən ayrılığı və həsrəti hiss edirəm və evə getməyə tələsirəm”.
Qalkin divanın diqqətini necə çəkdiyi haqqında da danışıb. Bildirib ki, o, hər zaman hünərli kişi olub.
“Bəli, ona vurulmuşdum... Alla məni yox, mən özüm onu narahat edib yoldan çıxartdım. Şatolbaya Petra Mixayıloviçin ad günündə Allanı rəqsə dəvət etdim. Buna qədər məni onunla Kirkorov “Slavyan bazarı”ında tanış etmişdi. Qeyd edim ki, Flip buna görə, hələ də təəssüflənir. Bu hadisədən 2 ay sonra biz ad günündə rastlaşdıq və onunla rəqs etmək şərəfinə nail oldum. Alla ilə əlaqə saxlaya bilmək üçün telefon nömrəsini istədim. Bundan sonra hər şey mənim istədiyim kimi öz axarı getdi. Alla ilə tanış oldum, çünki onu yaxından tanımaq istəyirdim. Sonda ona vuruldum... ”
M.Qalkinin sözlərinə görə, aralarındakı yaş fərqi onu qətiyyən maraqlandırmır və narahat etmir.
“Mən həyatımı Allaya ithaf etmişəm, bir növ ona xidmət etdiyim üçün xoşbəxtəm. Çünki onu çox sevirəm. Prinsipcə, biz 13 ildir ki, tanışıq. Bu illər ərzində 2, ya 3 dəfə mübahisə etmişik. Bu isə elə də ciddi bir şey deyildi. Biz sadəcə bir-birimizlə görüşə tələsirdik. Son 10 ildə demək olar ki, heç mübahisə etməmişik ”.
Onun sözlərinə görə, Allanın çatışmayan cəhəti yoxdur, ümumiyyətlə nöqsansız insandır. “Ona aid olan hər şey xoşuma gəlir: o, necə baxır, oturur, oxuyur, necə fikirləşir və necə hazırlaşır... Bir də barəsində danışmağa çətinlik çəkdiyim bir şey...”
Alla Puqaçova və Maksim Qlakin artıq 13 ildir ki, bir yerdə yaşayırlar. Rəsmi nikaha 2011-ci ilin dekabr ayıdan daxil olublar. 2013-ün oktyabrında əkizlərin valideynləri olublar. Ulduz cütlüyün əkizlərini surroqat ana öz bətnində daşıyıb. Əkizləri indi Puqaçova himayə edir. Ona bu işdə 2 dayə kömək edir.
AYTƏN
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB29 İyun 15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
















.jpg)




















