Qadın
Hər gün təmizlənməli olan 8 əşya - FOTOLAR
Hamımız evimizin təmiz və nizamlı olmasını istərdik. Aydın məsələdir ki, hər gün saatlarla təmizliklə məşğul olmağa imkanımız olmur. Amma elə əşyalar var ki, tez-tez istifadə etdiyimiz üçün onları hər gün yaxşı yumaq lazımdır.
Publika.az hər gün təmizlənməli olan əşyaların siyahsını təqdim edir.
Makiyaj fırçaları və süngər
Eyni makiyaj fırçasını uzun müddət istifadə etmək bir çox bakteriya və mikrobun da üzünüzə yığılması deməkdir. Bu səbəbdən də hər istifadədən sonra makiyaj ləvazimatlarını ilıq sabunlu suda yumaq son dərəcə vacibdir.
Mətbəx taxtası
Əgər mətbəx taxtası taxtadan düzəldilibsə və yemək bişirəndə taxta qaşıqlardan istifadə edirsinizsə, hər istifadədən sonra onları sirkəli suda bir neçə dəqiqə saxlamaq məsləhətdir. Bu üsul bakteriya və göbələklərin yaranmasının qarşısını alır.
Taxtanı da mütəmadi olaraq təmizləmək də lazımdır. Bunun üçün 1 çay qaşığı qabartma tozunu yarım litr qaynar suyun içinə tökün və bu qarışığı taxtanın üzərinə tökün. 5 - 10 dəqiqə gözlədikdən sonra taxtanı su ilə yaxalayın.
Hamam kafelləri
Hamam kafellərinin təmiz qalmasını istəyirsinizsə, hər duşdan sonra divarları quru bezlə silin. Vanna otağını quru saxlamaq oradakı bakteriyaların və kifin törəməsinə mane olur.
Açarlar
Açarlarda olan bakteriya sayı lift düymələrində olan bakteriya sayından çoxdur. Buna baxmayaraq, əksəriyyətimiz açarları heç vaxt yumur və əllərimiz hər zaman kirli olanda onlara toxunuruq. Çox vaxt yerə salır və dərhal cibimizə qoyuruq. Nəticə etibarı ilə açarlar özü birlikdə evə saysız-hesabsız yoluxucu bakteriya salır. Odur ki, açarları mütəmadi olaraq silin və quruduğundan əmin olun. Əks halda pas ata bilər.
Qab-qacaq süngəri
Qab-qacaq süngəri mətbəxdə ən çirkli əşyadır. Onu bakteriyalardan təmizləməyin ən yaxşı yolu mikrodalğalı sobaya qoymaqdır. Bunun üçün süngəri əvvəlcə suda yaxalamaq və 1 - 2 dəqiqə ərzində mikrodalğalı sobada qızdırmaq lazımdır. Bu üsulu tətbiq edərkən diqqətli olun; tüstü olarsa, ya da yanıq iyi gələrsə, süngəri dərhal mikrodalğalı sobadan çıxarın.
Unutmayın: Bir tərəfində metal fırça olan süngərlər heç vaxt bu üsulla təmizlənmir.
Mətbəx dəsmalları
Ən son tədqiqatlara əsasən mətbəx dəsmalları süngərdən sonra
mətbəxin ən çox çirklənən əşyasıdır. Eyni hal hamam dəsmalları üçün
də keçərlidir. Odur ki, dəsmalları hər gün dəyişin.
Əlüzyuyan çanaqlar
Əllərinizi və ya qab-qacaqları yuyarkən çanaqların da təmizləndiyini düşünürsünüzsə, yanılırsınız. Çanağa saysız mikrob və bakteriya yapışır.
Aytən
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
























.jpg)










.jpg)