Qadın
Yağlı üz üçün təbii maskalar
Yağlı dəri parlaq görünür, geniş məsamələri və qara nöqtələri vardır. Sızanağın meydana gəlməsində son dərəcə uyğun bir dəri tipidir. Yağlı dəri ilə mübarizə aparmaq çətindir və bu məsələdə xanımlar çox səhvə yol verirlər.
Ən böyük səhv yağlı dəriləri nəmsiz buraxmaqdır. Halbuki, bu tip dərilərin nəmliyini qorumaq lazımdır. Dəriniz yağlıdırsa, sabun yerinə təmizləmə qellərini və ya losyonlarını istifadə etməyiniz və həftədə 1-2 dəfə meyvələrlə pilinq etməyiniz yaxşı olar. Təmizliklədikdə ilıq sudan istifadə edin və üzünüzü sərt fırçalamayın!
İndi gələk yağlı dərilər üçün qulluq maskalarına.
Gil maskası:
2 yemək qaşığı mayanı 2 çay qaşığı ilıq suda əridin. İçinə 1 çay qaşığı toz şəkər qoyun və qarışdırın. Daha sonra 3 yemək qaşığı kaolin (gil) əlavə edin və tündləşənə qədər qarışdırmağa davam edin. Otaq istiliyində 15 dəqiqə gözlətdikdən sonra üzünüzə çəkin. Yarım saat gözləyin və üzünüzü ilıq suyla yuyub qurulayın.
Yulaflı dəri maskası
2 yemək qaşığı yulaf unu, 2 yemək qaşığı rəndələnmiş limon qabığı və 6 yemək qaşığı dolusu buğda kəpəyini yaxşıca qarışdırdıqdan sonra bir az su ilə sıyıq halına gətirin. Bu qarışıqla yağlı dərinizi 2-3 dəqiqə boyunca təmizləyin. Sonra ilıq su ilə yuyun.
Pomidor maskası
1 yemək qaşığı təzə pomidor suyu ilə 1 yemək qaşığı gili yaxşıca qarışdırıb üzünüzə sürtün. Quruyana qədər gözləyib ilıq suyla yuyun.
Kartof maskası
1 ədəd kartofu qaynadıb yaxşıca əzin. Üzərinə 1 stəkan süd, 1 yumurta sarısı əlavə edib yaxşıca qarışdırın və bu qarışığı ocaqda bir az istilədin. Sonra ilıq ilıq üzünüzə sürtün və 20 dəqiqə gözləyin. Əvvəl isti, sonra soyuq suyla üzünüzü yuyub yumşaq bir dəsmalla qurulayın. Ayda bir dəfə tətbiq edə bilərsiniz.
Banan maskası
1 ədəd böyük bananı soyub yaxşıca əzin. 2 qaşıq qatıq və ya balla qarışdırıb üzünüzə sürtün. Quruyana qədər gözlədib ilıq suyla üzünüzü yuyun.
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB29 İyun 15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
















.jpg)




















