Qadın
Gözəllik simvolu qara dişlər - Oxaquro
Orta əsr Yaponiyasında qadınlar və kişilər öz dişlərini
qara rəngə boyayırdılar. Meydzi dövrünə qədər (1868-1912)
Yaponiyada, Çinin cənub-şərq əyalətlərində oxaquro - dişləri
qaralamaq kimi məşhur adət mövcud idi.
Bunun üçün əsası tünd-qəhvəyi rəngdə olan dəmir ərintisini sirkə
turşusunda qatışdırdırıb xüsusi məhlul hazırlayırdılar. Sonra
məhlula xüsusi otlar əlavə edərək tamamilə qaraldırdılar. Alınmış
məhlul tamamilə qara rəngdə olurdu və suda həll olmurdu. Adətən bu
məhlul gündə bir dəfə dişə çəkilirdi.
Xeyan dövrünün (794-1185) sonunda zadəgan ailələrindən olan
yetkinlik yaşına çatmış kişi və qadınlar dişlərini bu rəngə
boyayırdılar. İlk növbədə bu gözəllik məqsədi ilə edilirdi. Bu
məhlul dişlərdə kariyesin əmələ gəlməsinin qarşısını alırdı. Ərli
qadınlarda qara rəngin tündlüyü ərlərinə olan sadiqlikdən xəbər
verirdi.
Muromatinin hakimiyyəti dövründə (1336-1573) oxaquro yalnız böyük adamlarda müşahidə olunurdu. Lakin XVII əsrin əvvələrinə kimi hərbi ailələrin 8-10 yaşında olan qızlarının dişlərini qaraldırdılar. Səbəb isə qızın yetkinlik yaşına çatmasını (əslində belə olmasa da) göstərmək və onu tez ərə vermək idi.
Edo dövründən (1603-1868) sonra bu adət artıq bir çox insanların gündəlik həyatından çıxmışdı. Qaralmış dişlərdən pis qoxu gəlirdi və bu proses çox vaxt tələb edirdi. Buna görə də dişlərini yalnız kişilər və 18 yaşdan yuxarı olan qadınlar qaraldırdılar. Adi insanlar yalnız xüsusi günlərdə - toy, dəfn mərasiminlərdə qaraldırdılar.

Oxaquro adətinə 1873-cü ildə imperatorun xanımının camaat qarşısına
ağ dişlərlə çıxması ilə demək olar ki, son qoyuldu. Müasir
günümüzdə qaralmış dişlərə cənub-şərqi Asiyanın yaşlı sakinlərində
rast gəlmək mümkündü.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?














.jpg)









.jpg)















