Qadın
Kraliça II Yelizavetanın çantasındakı SİRR: gizli məqam ÜZƏ ÇIXDI
Kiçik araşdırma aparsanız, görərsiniz ki, kraliça II Yelizaveta ictiamiyyət qarşısına çıxanda çantasını hər zaman biləyində tutur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə kraliçasının çantasını saxlama formalarının müxtəlif sirləri var. Biz oxucuları həmin sirlərlə tanış etməyə çalışdıq.
Krallığın bioqrafı Salli Bedelin sözlərinə görə, kraliça çantasında hər zaman güzgü, pomada, qələm, bir neçə nanə nabatı və eynək saxlayır. Bazar günləri isə kilsəyə gedəndə nəzir vermək üçün o, pul kisəsinə səliqə ilə yığılmış bir neçə qəpik götürür.
Ancaq çox vaxt əlahəzrətin bu aksessuardan özünəməxsus indikatoru kimi istifadə edir. Məsələn, kraliça çanta vasitəsilə personala hansısa rəsmi tədbiri tərk etmək istəyi barədə siqnallar verir.
Əgər söhbət zamanı kraliça çantanı digər əlinə salırsa, deməli, o, bu söhbəti bitirməyə hazırdır. Lakin bu jest o qədər nəzakətlə yerinə yetirilir ki, siz onu sezməyəcəksiniz. Yaxud da kimsə gələcək və deyəcək: "Ser, Kanterberi Arxiyepiskopu sizinlə görüşməyi çox istərdi".
Əgər kraliça nahar vaxtı çantasını masanın üstünə qoyursa, bu, o deməkdir ki, o, bu tədbirin növbəti 5 dəqiqə ərzində başa çatmasını istəyir.
Çantanı yerə qoymaqla ülyahəzrət göstərir ki, söhbətdən heç də zövq almır və istəyir ki, saray xanımı onun "dadına çatsın".
Amma ən dramatik jest üzüyünü burması hərəkətidir. Bu zaman ülyahəzrət personala demək istəyir ki, onu dərhal "xilas” etsinlər.
Ümid edirik ki, əgər nə vaxtsa İngiltərə kraliçasının qəbuluna düşsəniz, ülyahəzrət razı qalacaq və bu görüşü bitirmək üçün tələsməyəcək.
Aytən
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















