39 yaşdan sonra qadın orqanizmində NƏ BAŞ VERİR? - Alışıb-yanan şəhvət hissi və...
Bizi izləyin

Qadın

39 yaşdan sonra qadın orqanizmində NƏ BAŞ VERİR? - Alışıb-yanan şəhvət hissi və...

Seksə dəlicəsinə həvəs...

Yüz il bundan qabaq 40 yaşlı xanım deyəndə artıq orta yaşlı, gənclik dövrünü çoxdan başa vurmuş qadın ağla gələrdi. Qadının cinsi həyata, analığa daha erkən başladığı həmin dövrlər üçün otuz yaşın üstü belə “payız dövrü” sayılırdı. İndi isə dövran dəyişib, müasir qadın 40 yaşında da gənc hesab edilir. Nikaha gec girərək yuxarı yaşlarda azyaşlı övlada sahib olması qadının özünü gənc hiss etməsinə şərait yaradır. Digər tərəfdən bugünkü tibb, dəb də öz sözünü deyir. Bu günün dəbi əvvəlki dövrlərdəki kimi formal deyil, hamı eyni tərzli paltarı geyinmək məcburiyyətində qalmır. Daha gənc göstərən geyimlərə üz tutmaq mümkündür. Üstəlik qadın özündə yaşlanma əlamətlərini görən kimi kosmetoloq və plastik cərrahlara da rahatlıqla müraciət edə bilir. Tibb işçilərinin təsəlliverici sözlərini nəzərə alsaq, müasir qadının gəncliyi 44 yaşa qədər davam edir. Amma dəb, tibb nə qədər xoş görüntü yaratsa da, təbiətin qaydaları öz sözünü deyir.

Təbiətə görə qadın bədəni 39 yaşdan etibarən qocalmağa başlayır. Və bu zərif cins nə qədər güclü vasitələrdən istifadə edirsə-etsin, ilahi qanunlara qarşı çıxa bilmir. Menopauza ərəfəsi və ya erkən menopauza qadın gözəlliyini və təravətini yavaş-yavaş əjdaha kimi kamına çəkir. Təsadüfi deyil ki, nağıllarda da suyun üstünü kəsib dayanmış əjdahalar təsvir edilirdi. Susuzluğa dözə bilməyən əhali hər dəfə bir gözəl qızı əjdahaya yem verərdilər. Zalım əjdaha isə nədəndisə ancaq qadın ətini sevirmiş... Suyu insan bədəninin təravəti, zamanı isə əjdahaya bənzətsək, sözümüzün məramı da yerinə düşər.

Bəs 39 yaş üzərində qadın orqanizmində nə dəyişikliklər baş verir?

Publika.az bu suala cavab tapmağa çalışıb.

Boşuna deməyiblər qadın böyük qüvvədir. Yeri gələndə neqativi də pozitivə çevirməyi bacaran qadın bu yaşın çatışmazlığını öz xeyrinə çevirə bilər. Təbii ki, əgər gəncliyini uzatmaq istəyirsə. Məsələn, 39 yaşdan etibarən qadında saç seyrəlməyə başlayır, tökülən saçların yerinə isə ağ tüklər bitir. Baxımlı qadın məcbur olur ki, saçının ağını gizlətmək üçün tez-tez rəngləsin. Keyfiyyətli saç boyalarına müraciət edərsə, ziyanı olmaz. Bu da öz növbəsində saç qulluğunun həmişəkindın daha diqqətə alınması, eyni zamanda daha baxımlı olmasına şərait yaradır.

Bundan başqa zamanla bədənin digər nahiyələrində də tük seyrəkləşir. Şərq, cənub qadınları üçün bundan yaxşı nə ola bilər ki? Epilyasiyaya ayırdığı pullar və vaxt özünə qalacaq. Ən vacibi yaş ötdükcə qadın dərisinin rəngi avazıyır. Yəni 35 yaşına qədər qarabuğdayı tanıdığınız qadın sonrakı yaşlarda gözünüzə ağbəniz görünsə, təəccüblənməyin. Nəzərə alsaq ki, indi də ağ dəri aktuallaşıb, onda bu lap yerinə düşmüş olar. Ümumiyyətlə, dəb zaman-zaman dəri rəngini nə qədər tündləşdirsə də, ağbənizlik həmişə kübarlıq hesab olunub. Yadınıza Viktorian epoxasını salın. O zamanın qadınları dərilərinin rəngi solğun, avazımış kimi görünsün deyə sirkə içərmişlər. Bunun nə qədər təhlükəli olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Həmçinin gündən qorunmaq üçün çətirlər, şlyapalar, niqablar öz yerində... Yüz əlli il qabaq bir qadının evdən çölə çıxması əməlli-başlı yır-yığış olurdu. Qadınlar obrazlı desək, yenidən günəşlə düşmən olmağa başlayıblar.

Qadının xarici görkəmindən daxilinə keçsək, burada ən mühüm məsələ ondakı cinsi marağın artmasıdır. Yəni 39 yaşdan sonra qadınlar seksə daha həvəsli olurlar. İndiyədək təbiətində olan soyuqluq, utancaqlıq, təcrübəsizlik bu yaşdan etibarən arxa planda qalır. Mütəxəssislər bunun psixoloji olduğunu düşünürlər. Daha kobud desək, artıq yaşlanmağa doğru gedən qadın gəncliyin son illərini “məhsuldar” keçirmək istəyir. Amma qadın psixologiyasından öncə ana təbiət işə qarışır. Menstrual dövrün bitmə ərəfəsi və qadının doğuş qabiliyyətliliyinin son mərhələsi olduğundan təbiət onun bədəninə zəngli saat ismarıcı ötürür. Başqa sözlə, “Oyan! Ana olmaq üçün sonra gec olar!”

Amma bir şey də var ki, bu yaş dövründə cinsi orqanda quruluq yarandığından infeksiya keçməsi daha asanlaşır. Üstəlik sidik saxlamaq problemi də bu yaşlardan etibarən özünü aktiv göstərir. Ona görə də həkimlər qeyd olunan yaşdakı qadınlara estrogenlə zəngin məlhəmlər tövsiyə edirlər.

Siqnallar həmişə belə faydalı olmur. Məsələn yaşa dolduqca alimlər qadın beynində kütləşmə yarandığını bildirirlər. Xüsusən yaddaş pozuqluğu, hərəkətlərində dalğınlıq əmələ gəlir. Amma yaxşı xəbər də odur ki, bu müvəqqəti olur. Menopauzadan sonra yaddaş yenidən itiləşir. Amma bunaqədərki dövrdə yaddaş zəifləsə də məntiq güclənir. Hadisələrə, insanlara yanaşma müsbət yöndə dəyişir. Göründüyü kimi, Tanrı istənilən halda öz zərif məxluquna “hədiyyə”lər bəxş etməkdə davam edir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm