Qadın
Xanımların çəkiciliyini artıran köynək modelləri - FOTOLAR
“Boyfriend” köynək dəbi
Boyfriend köynək dəbi qış mövsümündən bəri öz hakimiyyətini davam etdirir. Kişi tərzinə xas olan düyməli boyrfiend köynəyi geyinmiş bir qadının çəkiciliyə və xarizmasına isə söz yoxdur.
Bu mövsüm qadın qarderobu kişi tərzinə məxsus olan elementlərlə bol olacaq. Elə düşünməyin ki, qadınlar ancaq dar geyimlərdə seksual görünür. Onlar boyfirend köynək stilində də olduqca cazibədar və zərif görünə bilərlər. 2014-ün yayında markalar yeni kolleksiyasında bir-birindən fərqli boyfriend köynəklər hazırlayıblar.
Xüsusən cins parçalardan tikilən düyməli köynəklər klassik və idman üsluba da təsirsiz ötüşməyib. Bol kəsimlərə üstünlük verən xanımlar onlarda özünü həm rahat hiss edəcək, həm də çəkici görünəcəklər. Bu baxımdan boyfriend köynəklərin avantajları çoxdur. Belə ki, istənilən geyimlə uyğunlaşdırmaq olar. Şortlar, uzun və qısa, qələm formasında olan yubkalar, şalvarlarla geyinə bilərsiniz. Həmçinin uzun sarafanların üstündən geyinib aşağıdan düyün ata bilərsiniz. Bu tərz geyinərkən saç və makiyajın çox şit olmamasına diqqət edin. Saç, makiyaj sadə və təbii olmalıdır. Uzun qollu variantları qollarını qatlayaraq da geyinə bilərsiniz.
Bu mövsüm dama-dama boyfriend köynəklər də aktualdır. Qadınların seçimləri arasında böyük yer tutur. Xanımlara boyfriend köynəkləri fərqli parça alternativləri təqdim olunur. Buraya kətan parçadan tikilən modellər də daxildir. Tərzini dəyişdirməyi düşünən xanımlara tövsiyə edilir. Dolabınızda bu cür köynəklər yoxdursa, ən azından ağ rəngli sadə bir model almağı şiddətlə tövsiyə edirəm. Çünki trend olmasa belə, qadın qarderobunda mütləq yer almalıdır. Xarizması və çəkiciliyi bir yana, ən zərif qadın geyimləri ilə mükəmməl şəkildə uyğunlaşır.
Aytən
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş














.jpg)






















