Qadın
Ağ rəngli geyimlərin cazibəsi - FOTOLAR
Ağ pencəyi nə ilə geyinmək lazımdır?
Ağ pencəklər ən az qara pencəklər qədər istifadə olunur və sevilir. Sadəcə ağ rəng tez ləkə götürdüyü üçün xanımlar ondan uzaq gəzirlər. Ancaq onlar da klassik model olduğu üçün dəbdən düşmür. Publika.Az-ın qadın bölməsi ağ pencəyi geyinmək qaydalarını izah edəcək.
Qrafik təsvirli köynəklə - Həm rahat, həm şirin, eyni zamanda da eleqant stilə sahib olmaq üçün ağ pencəyi mövsümün dəbdə olan qrafik təsvirli köynəkləri ilə uyğunlaşdıra bilərsiniz. Bu köynəyi dar cinslərlə tamamlayın.
Enli şalvarlar - Enli şalvarla ağ pencəyin sintezi gənc xanımların sevimli tərzidir. Həm sport, həm də çox eleqant görünürlər.
Şortla - Ağ pencəyi şortlar da geyinə bilərsiniz. Ağ pencəyi eyni tonlarda olan, yaxud cins şortlarla uyğunlaşdıra bilərsiniz.
Neytral rənglər - Ağ rəngin neytral rənglərlə mükəmməl yaraşdığını unutmayın. Xüsusən də bej, süd, karamel, qəhvə tonları ilə gözəl görünür. Bu tonlarda bluz, yubka, ya da şalvarı ağ pencəklə uyğunlaşdıra bilərsiniz.
Qara rənglə - Ciddi qadın obrazına bürünmək istəyirsinizsə, qara şalvarı məhz ağ pencəklə birləşdirin. Ağ və qara trendinin bu mövsüm aktual olduğunu unutmayın.
Şəkilli donlarla - İstər çiçək, istərsə də qrafik təsvirlər ola bilər. Ağ pencək hər cür şəkilli geyimlərlə yola gedir. Asqılı, ya da qolsuz geyimlərin üstündən geyinə bilərsiniz.
Qara donlarla - Qara donla tez bir zamanda eleqant görünmək istəyirsinizsə, ağ pencəyə müraciət edin.
Başdan ayağa ağ - Başdan ayağa məsum rəngə bürünmək həm çox asandır, həm də yüksək zövq tələb edir. Hətta ayaqqabıları da ağ seçin.
Rəngli şalvarlar - Ağ pencəklər rəngli şalvarların ən yaxşı dostudur. Rəngli pencək geyinməyə çəkinirsinizsə, ağ pencəklə birləşdirin. Belə ki, ağ əlvan rənglərin daha çox diqqət çəkməsinə icazə vermir.
Aytən
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi



































.jpg)

