Qadın
Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?
Fransız qadınları həmişə diqqət mərkəzində olublar. Dəb, zəriflik, şıklıq, intelektuallıq – özündə bir çox cəhətləri birləşdirən bu qadınlar digər ölkələrdəki həmcinslərindən fərqləniblər. Niyə? Səbəbini isə fransız qadınları özləri yaradırlar.
Yuxarıda sadalananlardan başqa, fransız qadını heç vaxt “kaş başqa millətdən olaydım” deməz. Deyəcəksiniz ki, alnına Fransa kimi güclü Avropa dövlətinin vətəndaşı olmaq yazılıb, ona görə. Elə isə digər güclü dövlətlərin qadınları niyə şikayətcildir? Demək, məsələ qadının öz torpağına, dilinə, millətinə bağlılığıdır. Bu da rəğbət yaradır.
Fransız qadın heç vaxt tələsməz. Səhər oyananda işə gecikdiyinə görsə belə ənənəvi kuruasan yeyib çayını qurtumlayar. Küçəyə baxımsız çıxmaz. Amma fransız qadınları çox makiyajı da sevmirlər. Onların ən əsas hədəfi gözəl, parlaq dəridir. Mütləq tuş və azacıq dodaq boyası...
Fransız qadın özünə çox inamlıdır. Kişinin xoşuna gəlib-gəlməyəcəyi onu narahat etmir. Bu millətin qadınları kiçik sinəsinə, yersiz xalına, əyri-üyrü dişlərinə, uzun burnuna görə heç vaxt narahat olmur. Əksinə kişidə elə təəssürat yaradır ki, sanki əsl qadın elə belə olmalıdır!
Fransız qadın gülümsər üzlüdür. Hətta yoldan keçən kişilərə də gülümsər. Amma bu o demək deyil ki, hər yanaşan kişiyə “hə” deyər. Bir neçə dəqiqəlik söhbətdən sonra xoşuna gəlməyən kişidən nəzakətlə ayrılar.
Şəfiqə ŞƏFA
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır















.jpg)






















