• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR

  • Qadın
  • 22 Aprel 2017 12:30
  • 8 388 Baxış
Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR

Şahzadə Diana və onun layiqli gəlini Keyt Middlton bütün dünyanı özünə heyran edən yeganə ledilər deyil. Birinci xanımlar öz füsunkarlığı və incəliyi ilə həmişə seçilib. Bu səbəbdən də dünya liderlərinin həyat yoldaşları istənilən gözəllik müsabiqələrini kölgədə qoya bilər. İdeal üz cizgilərinə malik olan birinci xanımlar müdrikliyi və uzaqgörənliyi ilə də öyünə bilər. Axı prezident və ya kralın həyat yoldaşı olmaq və birinci ledi funkisyasını yerinə yetirmək asan iş deyil.

Publika.az oxucuları dünyanın nüfuzlu jurnalları tərəfindən dəfələrlə dünyanın ən gözəl birinci lediləri seçilən prezidentlərin həyat yoldaşıları ilə tanış edib.

Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva

Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada Seçenov adına Tibb Universitetindəki təhsilini qırmızı diplomla başa vurub.

Ölkənin birinci xanımı Azərbaycanın Birinci vitse-prezidenti, Gimnastika Federasiyasının, "Heydər Əliyev Fondu"nun rəhbəridir. UNESCO, BMT, İSESCO kimi beynəlxalq qurumların xoşməramlı səfiridir. Mehriban xanımın iki qızı, bir oğlu var. Həyat yoldaşını xarici səfərlərdə müşayət edir. Qərb mətbuatına görə, Mehriban Əliyeva dünyanın ən gözəl birinci xanımlarından biridir.

Braziliya prezidenti Mişal Temerin həyat yoldaşı Marsela Tedski

Mişel Temer öz xanımından 42 yaş böyükdür, bu amil Braziliyada heç kim təəccübləndirmir. Siyasətçilərin modellərə vurulması adi hal hesab edilir. Kim bilərdi ki, o, toydan sonra prezident olacaq. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, 75 yaşlı Mişel Temer Braziliya tarxində ilk ərəb mənşəli prezidentdir. Qalmaqallı model həyatı və açıq-saçıq görüntüləri ilə ölkə ictimaiyyətində maraq doğuran Marsela bahalı daş-qaş, eksklüziv libaslar və lüks maşın markalarına olan ehtirası ilə tanınır.

İspaniya kraliçası Letisiya Ortis Rokasolano

İspaniya kralı II Filipp gələcək həyat yoldaşını ilk dəfə televiziyada görüb. Letisiya vəliəhddən daha məşhur idi, çünki o, TV-də xəbərlər aparırdı. Tezliklə onlar evlənir, 10 il sonra isə tac qoyma mərasimini keçirilir və şahzadə İspaniyanın kralı elan olunur.

Mərakeş şahzadəsi Lalla Salma

Bu kürən gözəli sevməmək mümkün deyil. Mərakeş şahzadəsi 4-cü Məhəmməd də onu görən kimi bir könüldən, min könülə aşiq olub. Üstəlik gözəllik Lallanın yeganə məziyyəti deyil. Kişi məntiqi və zəkasına malik olan liderin xanımı ərə gedənə qədər mühəndis işləyib. İndi isə o, xeyriyyəçiliklə fəal məşğul olur.

Butan kraliçası Ceçun Pema Vanqçuk

Butan kralı 21 yaşlı gözələ ilk baxışdan dəlicəsinə aşiq olur. Lakin hökmdar əmindir ki, zaman keçdikcə illərin təcrübəsi nəticəsində qazanılmış müdriklik xanımını bütün zamanların böyük kraliçası edəcək.

Qabon prezidenti Əli bin Bonqo Ondimbanın həyat yoldaşı Silviya Bonqo

Silviya Bonqo hətta Qabon prezidentiylə evlənməsəydi də, uğurlu karyera sahib olan xanım olacaqdı. Bu gözəl həm də təcrübəli biznes-ledidir. Onun böyük gəlir gətirən öz firması var idi. İdarəetmə maliyyə vərdişləri ona toydan sonra da lazım oldu. Belə ki, o, birinci ledi olduqdan sonra xeyriyyə layihələri ilə yaxından maraqlanır.

Monako knyaginyası Şarlen Uittstok

Bu xanım da öz məşhurluğunu knyaz ilə evliliyinə borclu deyil. Şerlin hələ aristokratla tanış olmazdan əvvəl kifayət qədər tanınır, hətta Olimpiya oyunlarında çıxış edirdi. İndi isə o, ənənəvi xeyriyyə işləri ilə məşğul olur.

İordaniya kraliçası Raniyə əl-Abdullah

Raniyə 20 ildir böyük siyasətdədir. Yəni, onun əri 20 ildir ki, İordaniya kralıdır. O, böyük məsuliyyətdən çəkinmir, bütün daxili və xarici mürəkkəb siyasət məsələlərində fəal iştirak edir.

ABŞ-ın birinci xanımı Melaniya Tramp

Image result for melania trump

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra onun həyat yoldaşı Melani Tramp dünyanın ən gözəl birinci xanımları siyahısına düşüb. Melaniya gözəlliyi və geyim üslubu ilə Ceki Kennedi ilə müqayisə edilir.

Xüsusilə geyim tərzi ilə xanımların diqqətini çəkən sloveniyalı modelin bir çox trendlərin onun tərəfindən diqtə ediləcəyinə heç kəs şübhə etmir.

Meksikanın birinci xanımı Anxelika Rivera

Anxelika Rivera Meksika Enrike Penya prezidenti ilə ailə qurmazdan əvvəl də xeyli populyar idi. Məsələ burasındadır ki, o, Meksika seriallarının məşhur aktrisasıdır. Tamaşaçılar onu "Sadəcə Mariya" serialından tanıyır. Bundan başqa aktrisanın əvvəlki ərindən üç övladı var.

Argentinanın birinci xanımı Xuliana Avada

Related image

Argentina prezidenti Maurisio Makrinin həyat yoldaşı Xuliana Avada dünyanın ən gözəl birinci xanımlarından biri kimi tanınır. Bütün tədbirlərdə həyat yoldaşını müşayiət edən Xuliana Avada dünya mətbuatının böyük diqqətinə səbəb olur.

2015-ci ildə məşhur "Vogue" jurnalı Argentinanın birinci xanımını dəb ikonu siyahısına daxil edib. Xuliana valideynlərindən ona miras qalmış iri tekstil şirkətinin rəhbəridir.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR