Qadın
Kişiyə magik təsir göstərən İKİ TİLSİMLİ SÖZ - BUNU DESƏNİZ...
Psixoloqların apardığı tədqiqatlar nəticəsində məlum olub ki, qadınlar sadəcə iki sözlə kişinin qəlbini fəth edə bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloqların qənaətinə görə, “Başa düşürəm” sözləri qadınla kişini bir-birinə daha çox bağlayır.
Əgər kişi nə vaxtsa ciddi münasibətlərə hazır olmadığını deyibsə, bunun sizi nə qədər məyus etdiyini təssəvvur etmək çətin deyil. Ən gözəl illərini sevdiyin insana həsr etmək, daha sonra isə onun evliliyə hazır olmadığı demək bütün kişilərə lənət oxumaq deməkdir. Amma bundan əvvəl aşağıdakı iki sehrli sözün gücünə inanmağa çalışın.
Qadınlar ilk növbədə kişinin evliliyə hazır olmamasının səbəblərini öyrənməyə çalışır, amma bunu etmək lazım deyil. Əks halda siz onu tez-tez danlayan və izahat tələb edən anasına bənzəyəcəksiniz. Kişilər isə öz anaların “dır-dırına” dözmür.
Bunun əvəzinə gülməli bəhanələr eşidəndə sadəcə "Mən başa düşürəm" deməklə kifayətlənin. Və daha heç nə deməyin. Fasilə verin, sonra isə özü sizi daha çox cinləndirən və mübahisə etməyə vadar edən “tutarlı” səbəbləri tapmağa başlayacaq. Amma yenə də mübahisə və lazımsız sözlərin əvəzinə sadəcə bunu deyin: "Mən başa düşürəm". Bu qədər sadə cavab və sakit reaksiya onu bu nəticəyə çıxaracaq: "O, məni başa düşür".
Əlbəttə ki, onunla razılaşmalı deyilsiniz. Əsəs məsələ ondadır ki, hər bir insanın öz düşündüyünü və hiss etdiyini deməyə haqqı var. Hətta sizi incidən insana ona “Başa düşürəm” deməyə məcbur olsanız da, bu, onu göstərir ki, onun fikirlərinə və qərarına hörmətlə yanaşırsınız.
Bu mərhələdə o, özü sizə güzəşt təklif edə bilər. Məsələn: "Amma biz görüşməyi davam etdirə bilərik, görək, nə olacaq?". Onda siz də öz düşüncələrinizi açıq şəkildə etiraf edin:"Mənimlə hələ də görüşmək istədiyini qiymətləndirirəm, amma bu, məni qane etmir. Mən səni sevirəm, eyni zamanda özümə də hörmət edirəm".
Bu məqamda qarşı tərəf gedə də, qala da bilər. Və bu, problem deyil, çünki kişilər ayrılıq müddətində qadın haqqında daha çox düşünməyə başlayır. Nəticə etibarı ilə sizə qarşı olan hissləri dərinləşir. Bu müddət ərzində onunla görüşmək və ona yazmaq lazım deyil.
Əgər onun zəngini və mesajı yazmasını gözləməyə hövsələniz çatsa, bu, onu göstərir ki, o artıq ciddi münasibətlərə hazırdır. Ayrılıq müddətində özü heç bir təzyiq altında qalmadan bu qənaətə gələcək. Yox əgər gəlməsə, deməli, o, sizin həyatınızın kişisi deyil.
Aytən
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...








































